Azərbaycan İdeyası

İMİŞLİ: ZƏLZƏLƏDƏN ZİYAN ÇƏKƏNLƏR UNUDULDUMU?

Tarix:12-10-2016, 15:42
Baxış Sayı:370

Məlum olduğu kimi, avqustun 1-də olan zəlzələ İmişlidə yüzlərlə tikiliyə zərər vurub. Sakinlərin bir qismi dərhal Fövqəladə Hallar Nazirliyinin "qaynar xətt"inə zəng edib. Həmin ərəfədə yerli icra hakimiyyətinə edilən müraciətin əksəriyyəti yaşayış evlərinin qəzalı vəziyyətə düşməsilə bağlıydı.
O vaxt İmişli Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər şöbəsinin müdiri Valid Ağayev məsələ ilə bağlı ilk açıqlamasında bildirmişdi ki, Nazirlər Kabinetinə Seysmoloji Mərkəz arayış, yerli icra hakimiyyəti isə siyahı təqdim edəcək: "İcra Hakimiyyətinə həm poçtla, həm də birbaşa müraciət edənlər var. Düzü, bu sayı dəqiqləşdirməmişik, hər gün artmaqdadır. Yaxın günlərdə vahid siyahı tərtib edib aidiyyatı üzrə göndərəcəyik. Seysmoloji Mərkəz də öz növbəsində arayış təqdim edəcək. Bundan sonra hər şey hökumətin qəbul edəcəyi qərardan asılı olacaq."
Doğrudur, İmişlidə sonrakı tarixlərdə də az maqnitudalı, hiss olunmayan titrəyişlər olub. Ancaq bunlar 1 avqust zəlzələsində zərərçəkənlərin siyahısının dəqiqləşdirilməsinə mane olmamalıydı.
Rayon İcra Hakimiyyətinə müraciət edənlərdən biri də Bəhrəmtəpə qəsəbə sakini Ağayev Mirkamil Miribrahim oğludur. V. Ağayev müraciətindən on gün sonra onun da cavabını məktubla verib bildirmişdir: "...FHN-nin komissiyası tərəfindən baxış keçirilib müvafiq tədbir görülməsi məqsədilə sizin fərdi yaşayış eviniz rayon icra hakimiyyətində qeydiyyata alınmışdır".
Mirkamil Ağayev redaksiyamıza yazıb ki, müraciətindən sonra bu məktubdan sonra onun evinə heç bir baxış keçirilməyib, çəkdiyi ziyanın kompensasiya ediləcəyinə ümid verən heç bir əməli addım atılmayıb.
Mövzuya qayıdacağıq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı