Azərbaycan İdeyası

ODLU SİLAHDAN ÇOXSAYLI (?) ATƏŞ AÇARAQ ÖZÜNÜ ÖLDÜRMƏK NECƏ OLUR? STATUSDAN MƏHRUM EDİLMİŞ ŞƏHİD AİLƏSİ ÖZÜNÜ TƏHQİR OLUNMUŞ HESAB EDİR

Tarix:12-10-2016, 15:46
Baxış Sayı:411

Qəzetimizin poçtuna Cəlilabad rayonunun Səttarxan küçəsi, ev - 37 ünvanda qeydiyyatda olan Püruzə Muradova tərəfindən ərizə daxil olmuşdur. Şikayətçi bildirir ki, onun oğlu Polad Rufullayev 1999 - cu ildə Tərtər rayonunda gedən döyüşlərdən birində şəhid olmuşdur. Bununla əlaqədar oğlu dəfn olunandan sonra Püruzə xanım özü və həyat yoldaşı Əliastan Rufullayevin şəhid ailəsi statusu ilə onlara verilən birdəfəlik müavinəti, həmçinin 2003-cü ilə qədər aylıq mütəmadi şəhidlik müavinəti almışdır. 2003-cü ildən sonra bu müavinətin verilməsi dayandırılmışdır. Püruzə xanım yazır ki, dəfələrlə bununla əlaqədar Pespublika Hərbi Komissarlığına getmiş, nəhayət ona bildirilmişdir ki, oğlu özü-özünü vurmuşdur. Bu sözü Hərbi Komissarlıqda işləyən Ramil adlı şəxsdən eşitdikdə ana şoka düşmüşdür.
Ərizədən oxuyuruq: "Mənim oğlum dövlətimizin ərazi bütövlüyünü qorumaq uğrunda canından keçmişdir. İndi bu şəxslər mənə bldirirlər ki, oğlun şəhid deyil, intihar edib. Mən bu təhqiri niyə götürməliyəm. Əgər torpaqlarımızın azadlığı uğrunda canından keçənləri belə təhqir edirlərsə, bu, şəhidlərin ruhuna hörmətsizlik deyilmi?"
Şikayətçi redaksiyadan xahiş etmişdir ki, bu məsələnin araşdırılmasında, şəhid ruhuna hörmətsizlik edənlərin ifşa olunmasında və təminatı dayandırılmış şəhidlik müavinətinin bərpa edilməsində ona köməklik göstərilsin, qarşılaşdığı bu ağrılı problem KİV-də ictimailəşdirilsin.
P. Muradova öz ərizəsinə yerli hərbi komissarlıqdan verilmiş şəhidliyin təsdiqi haqqında arayışın, hərbi hissə komandirinin Poladın həlak olması barədə verdiyi arayışın, ölüm haqda şəhadətnamənin surətlərini də təqdim etmişdir. Həmin sənədlərdə təsdiq olunur ki, Rufullayev Polad Əliastan oğlu 28.06.1999-cu il tarixdə Tərtər rayonunda döyüş mövqeyində odlu silahdan aldığı çoxsaylı güllə yarasından həlak olmuşdur. Bu faktı həm 157 saylı hərbi hissənin komandiri 1999-cu ildə, həm Cəlilabad rayon hərbi komissarlığı 1999-cu və 2003-cü illərdə, həm də bu qurumun hüquqi varisi olan SHXÇÜDX-nin rayon şöbəsi 2013-cü ildə təsdiqləmişlər.
Müşahidəli oxucunun diqqətindən yəqin ki bir məqam yayınmadı: Polad Rufullayev məhz çoxsaylı güllə yarasından həlak olub. İntihar edən adam çalışar ki özünü cəmi bir güllə ilə öldürsün. Buna nail olmaq üçün silahı ya öz ürəyinə, ya da başına tuşlayıb atəş açar. Əgər birinci cəhdi uğursuz alınsa da yarımcan hala düşər, ağrının şiddətindən, orqanizmin hərəkət funksiyası pozulduğundan cəhdini təkrarlamaq iqtidarında olmaz. Belə çıxır ki, P. Rufullayev ermənilər tərəfindən öldürülməyibsə, ya hərbi hissənin şəxsi heyətinin üzvləri, ya da başqa kriminal elementlər tərəfindən qətlə yetirilib. Bu halda cinayət işi açılmalı, qatillərin tapılması istiqamətində iş aparılmalıydı. Poladın ailəsinin bu işin açılmasını tələb etmək hüququ vardır.
Mövzunu diqqət mərkəzində saxlayacağıq.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.