Azərbaycan İdeyası

FÜZULİ RAYON 30 SAYLI "PAPKA MƏKTƏBİ"

Tarix:16-10-2016, 17:47
Baxış Sayı:375

Məcburi köçkün məktəblərində vəziyyət "səhra cərrahiyyəsi"ni xatırladır. Bir çox məktəb rəhbərlərinə elə gəlir ki, xüsusi statusları, imtiyazları var və buna görə də nə kimi səhlənkarlığa, nöqsana yol versələr, onlara bağışlanacaq. Bəzən bu nöqsan və çatışmazlıqlar o həddə yüksəlir ki, onlara hüquqi qiymət verəndə adını qanunsuzluqdan başqa heç nə qoymaq olmur.
Fuzuli rayonunun 30 saylı orta məktəbi Xətai rayon 138 saylı məktəbin inzibati binasında yerləşir. Burada yer alan neqativ hallar barədə aldığımız məlumatları dəqiqləşdirmək məqsədilə qəzetimizin hüquq şöbəsinin müdiri Hüseynov Vidadi redaksiyanın rəsmi göndərişinə əsasən araşdırma aparmaqdan ötrü oktyabr ayının 11-də saat 16:30-da sözügedən məktəbdə olmuşdur.
Əməkdaşımızın redaksiya rəhbərliyinə etdiyi məruzədə bildirilir: "Özümü təqdim etdikdən sonra məktəbin direktoru ilə görüşmək istədiyimi bildirdikdə məktəbin mühafizəçisi mənə bildirdi ki, məni içəri buraxa bilməyəcək. Çünki rəhbərlik ona deyib ki, Təhsil Nazirliyinin mətbuat xidmətininin rəhbəri heç bir KİV-nin nümayəndəsini içəri buraxmaması barədə göstəriş verib. Mən həmin göstərişin mənə təqdim edilməsini tələb etdikdə məlum oldu ki, belə bir sənəd yoxdur. İsrarlarımdan sonra mənimlə bir müəllimə görüşdü və bildirdi ki, məktəbin tədris hissə müdiridir. Mən müəssisə rəhbəri ilə görüşmək istəyimi ona dedikdə gah dedi ki, direktor məktəbdə deyil, gah da bildirdi ki, təhsil şöbəsinin rəhbəri KİV - nin nümayəndələrinə araşdırma aparmaq üçün şərait yaratmağımıza icazə vermir. Mən həmin xanımın özünü təqdim etməsini xahiş etsəm də, çox kobud şəkildə bundan imtina etdi. Məcbur olub KİV haqqında AR qanununun maddələrini ona xatırlatsam da, xeyri olmadı. Nə adını, nə də soyadını bildirdi, üzünü çevirib getdi. Mən orda olarkən 138 saylı məktəbin müəllimləri və növbətçi müəlllimi də o xanıma iradlarını bildirdilər. Mən həmin xanımın adının Ətrabə olduğunu öyrəndim. Həmçinin məlum oldu ki, məktəbin direktoru özü məktəbdə ola-ola məni qəbul etməyib".
Əməkdaşımız məktəbin həyətində 2 saata yaxın müşahidə aparıb və bu qənaətə gəlmişdir ki, aldıgımız məlumatlar dogrudur. Həmin məlumata görə, davamiyyət aşağıdır, siniflərdə az sayda sagird gözə dəyir. Amma müəllimlərin dərs saatı az oldugu halda, formal olaraq məktəb açmaq qərarına gəlmislər.
Birinci sinifə gələn uşaqların valideynləri aldadılır. Basqa məktəbə üz tutmamaları üçün sinif acılır adı ilə yalan danısılır. Məktəbdə ümumi şagirdin sayı 90 nəfərə yaxın olduğu halda, müşahidə edən əməkdaşımız məktəbdən 10-15 nəfər sagirdin çıxdığının şahidi olmuşdur. (əlbəttə, əgər buna dərs demək olarsa). Belə olan vəziyyətdə hansı yeni sinif komplektləşdirilməsindən söhbət gedə bilər? Dərs cədvəli də yoxdur, müəllimlərin əksəriyyəti yerində deyil.
Əziz oxucular, qəzetimizin irəliləyən saylarında bu məktəbdə baş alıb gedən qanunsuzluqlar barəsində daha müfəssəl məlumatları dərc edəcəyik.
Müəllif: Vidadi Sədrəddinoğlu [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb