Azərbaycan İdeyası

Latviya Vətəndaşının Mehriban Əliyevaya müraciəti

Tarix:16-10-2016, 17:49
Baxış Sayı:495

Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti , YUNESKO və İSESKO-nun xoşməramlı səfiri , millət vəkili Mehriban xanım Əliyevaya
Hörmətli Mehriban xanım!
Səsimin sizə çatdığı halda mənə kömək edəcəyinizi bildiyim üçün sizə ailəmizin başına gətirilən haqsızlıq yazmaq qərarına gəldim. Onu da qeyd edim ki, bu sizə yazdığım birinci məktub deyil. Əminəm ki, yazdığım məktublar sizə bildirilsəydi nəticəsi olardı.
Həyat yoldaşım Tağıyev Novruz Qasım oğlu Latviya vətəndaşıdır. Uzun illər Latviya Respublikasında yaşayıb , orada öz işini qurmuş Latviyada tanınmış sahibkardır. Ailə qurduqdan sonra mən ona təkid etdim ki, öz işini Azərbaycana köçür. Nəhayət ki,
Prezidentimiz Cənab İlham Əliyevin sahibkarlara böyük yer və dəstək verməsindən ruhlanaraq yoldaşım Azərbaycana gəlib kənd təsərrüfatının maldarlıq sahəsinə sərmayə qoymağa qərar verdi. Yoldaşım az bir müddətdə iki ferma yaratmağa nail oldu. İşlərin gözəl getməsini görən 3 Latviya vətəndaşı olan yaxın sahibkar dostlarımız da ( Ədalət , Rufulla , Həmiyyət ) bu işə səramayə qoymağa qərar verdilər. 2012 –ci ilin sentyabr ayından 2014-cü ilin mart ayının 10-na qədər bu təsərrüfatı genişləndirməyə nail olduq. 50-60 nəfər soydaşımız iş yeri ilə təmin olundular. Ancaq ömrü az oldu. Çox çəkmədi ki, bir qrup dələduzun toruna düşdük.
Əliyev Əliyar Cahangir oğlu və ona havadarlıq edən quldur dəstəsi gəlib bizim fermadan mal-qaranı qol gücü ilə yığıb aparmışlar. Bunu fermadakı çobanlar bizə deyib təsdiq edirlər.
Sabunçu rayon polis şöbəsinə ərizə ilə müraciət etdik. İş müstəntiq Elməddin Paşayevin icratında idi. Polisimizə çox güvənirdik. E.Paşayevə də həmçinin. Lakin yenə də aldandığımızı anladıq. Müstəntiq dələduzları bir – bir çağırıb dindirib “ soyub” buraxırdı. Etirazımızı bildirəndə də bizi general qaynatası və criminal aləmin nümayəndələri ilə hədələyirdi.
Qərara gəldik ki, cənab Ramil Usubovun qəbuluna yazılaq , yazıldıqda. Bizi Daxili İşlər Nazirliyinin istintaq şöbəsinə dəvət etdilər. Dedilər ki , nazirimiz həssas adamdır işi özümüz yoluna qoyacağıq. 10.000 manat gətir Azərbaycanda qayda belədi ki, iş əgər adi şöbədə aparılırsa 5000 manat ödəməlisən , Nazirlik aparırsa 10 000 manat ödəməlisən. ( qeyd edim ki, E. Paşayev də işi başlamaq üçün yoldaşımdan 5000 manat alıb ki, bizdə qayda belədi) Müflis olmuş yoldaşım bunları mənə dedi. Xahiş etdiki qızıllarımı verim sataq Sərvər Mehrəliyevə verək Pulu verməsək iş başlamayacaq. Başımıza ilk dəfə belə bir hadisə gəldiyindən bunun qanunda belə olduğunu düşündük. Ata babamızdan bizə miras qalan və yoldaşımın mənə hədiyyə aldığı qızıllarmı bir saatin içində dəyər dəyməzinə satıb tez qaçdıq Daxili İşlər Nazirliyinə . Yoldaşım içəri girdi nazirliyin iki nəfər əməkdaşının yanında pulu S. Mehrəliyevə Verdi. S. Mehrəliyev yoldaşıma deyib ki, narahat olma quldurlar hamısı tutulacaq vəsaitin alınıb 15 günün içində sənə veriləcək. çox sevinirdik ki, nəhayət dostlarımızın qoyduqları vəsaiti qaytara biləcəyik . Çünki onlar bu pulu bizdən geri istəyirlər. Başladıq gözləməyə 15 gün oldu. Heç bir xəbər yox idi. 2 aydan sonra yenə Ramil Usubovun qəbuluna yazıldıq. Bu dəfə bizi DİN-in İstintaq şöbəsinin rəis müavini Teymur Hacıyev qəbul etdi. O da üzünü müstəntiq Samir Məcidova tutub dedi ki, tez Əliyarı həbs edin. Nazirin qəbuluna girməyin əlimizdən gələni edəcəyik. Həqiqətən də 2 gün içində Ə.Əliyev həbs olundu. Lakin dəstənin başında gələn oğru həbs olunmadı Bəhanələri də belə oldu ki oğru tapıb vəsaitimizin geri ödəsin deyə onu həbs etmirik Əliyar tutulduqdan sonra bir aracı olan iş adamı bizə dedi ki, sizə dəyən bir milyon yüz min dolların yarısı 10 gün ərzində sizə ödəyəcəklər. Yarısını da 2 aydan sonra razılaşdıq. İş qanunu olsun deyə bu xəbəri S. Mehrəliyevə də dedik. 15 gündən sonra heç bir vəsait ödənilmədi əksinə nazirlikdə hamı quldur Əliyarın tərəfini saxlayırdı .yenə nazirimizin qəbuluna yazıldıq bu dəfə bizi nə qədər dilə tutsalarda razılaşmadıq qəbula düşdük Ramil Usubov bizi çox gözəl qarşıladı və göstəriş veri ki, bu maddə dələduZluq deyil, silahla fermanı yığıb aparıblar quldurluqdur. Bizə Nazirimiz dedi ki, mənim adıma bir ərizə yazın. Yazdıq verdik. 18 iyun 2016-cı ilində Cənab Ramil Usubovun qəbulundan çıxanda dünyanın ən xoşbəxt insanı idim. Nəhayət həyatımız öz axarına düşəcəkdi.
Cinayət işi nazirimiz göstərişi ilə baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verildi. İşi İsa Həbibzadə adlı bir müstəntiqin icraatına verdilər. Gözəl qarşılama oldu. Bu da bir həftə sürdü. Bi gün eşitdik ki, bu işlə bağlı təcridxanada olan Şahməmmədov AMİL ( Briqadir çoban) Qədirov Cahandar, Əliyev Mahir və silahlı dəstə ilə fermaya basqın edən mal qaranı yığıb aparan dəstə başçısı Əliyev Əliyar azadlığa çıxıblar. Səbəbini soruşanda müstəntiq İsa Həbibzadə yoldaşıma deyib ki, məhkəmənin hakimindən Turqay Hüseynovdan soruş 40.000 manat alıb buraxıb , 10 000 manatda apellyasiya məhkəməsinə veriblər. Yoldaşım Turqay Hüseynovla görüşəndə hakim yoldaşıma deyib ki, “ sənin bu işindəki müstəntiqlər səni top kimi oynadırlar öz aralarında . Mənlik seyil “ Sonra İsa Həbibzadə əlində su içdiyi butulkanı yoldaşıma uzadıb ki, get buna benzin doldur gəl məhkəmənin qarşısında dayan özünü yandır. Bəlkə onda sənin işinə düz baxalar. Bu da belə …
Ailəmizə dəfələrlə işi bağlayaq uzatmayaq deyə hədə qorxu gəlinib və davamda edir. Bu haqda Samir Məcidova ərizə ilə müraciət etmişik. Tədbir görən yoxdu…
Hörmətli Mehriban xanım!
Yoldaşımın Ukraynada da böyük təsərrüfatı olub. Ukraynadakı təsərrüfatın briqadiri Azərbaycandakı bu dəstə ilə əlbir olan Cəfərov Zahir olub burdan gedən siqnalla yoldaşımı Ukraynaya təcili çağıran Zahir orda yoldaşımı öldürtmək istəyib. Lakin yoldaşım tək olmadığı üçün öz çirkin niyyətini həyata keçirə bilməyib. Ordakı Azərbaycanlıların dəstəyi ilə yoldaşım qayıdıb vətənə gəlib. İndi Zahir də Azərbaycandadı. Onun da haqqında heç bir ölçü götürülməyib. Zahirin özünə niyə belə iş tutduğu soruşduqda bizə deyir ki, sən məni polisə vermisən mən də haqqımı polisə vermişəm”
Sevimli Mehriban xanım!
3 müstəntiq də hələ bir dəfə olsun şahidlərimizi dindirməyib , əlimizdə olan faktlara baxmayıb . Kor korana iş aparıblar. Dövlətçiliyimiz bu qədər düşmənləri qısqandıracq dərəcədə yüksəldiyi bir dövrdə Azərbaycanımız bu çiçəklənən dövründə yerdəki məmurlar xalqımızı bax belə narazı salırlar. İnsanlar intihara təşviq edirlər.
Mehriban xanım.
Sizə körpə balası , yoldaşı özü hər gün ölümlə hədələnən bir ziyalı Azəri qızı kimi müraciət edirəm . Son ümidim sizsiniz. Xahiş edirəm bizə kömək edin. Dərin hörmətlə Məmmədli İradə Eldar qızı. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb