Azərbaycan İdeyası

Bakıda 236-dan çox binanı su basıb

Tarix:18-01-2017, 12:43
Baxış Sayı:273


 Bakıda 236-dan çox binanı su basıb

Bakıda 236-dan artıq binanın zirzəmisi su ilə doludur.
Korrupsiya və Qanun saytının xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib.
Onun sözlərinə görə, zirzəmilərdəki suların nümunələrinin tədqiqatı nəticəsində zirzəmilərdə qrunt, bir qismində məişət çirkab suları (kanalizasiya), digərlərində isə kommunikasiya xətlərinin nasaz olması səbəbindən məişət və qrunt sularının qarışığı aşkar edilib:
“Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə geniş arayış təqdim olunub. Su ilə dolu olan zirzəmilərə daha çox Qaradağ, Xətai, Nizami və Binəqədi rayonunda rast gəlinir”.
Z. Kazımov əlavə edib ki, son zamanlar iqlim dəyişikliyi ilə əlaqədar yağıntıların çox olması belə zirzəmilərin sayının artmasına gətirib çıxaracaq: “Bizim tərəfimizdən lazımi sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edilir, bu məsələni qaldırırıq. Təbii ki, onlar da dərhal qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. Əfsus ki, bu işlər həyata keçirilmir”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto