Azərbaycan İdeyası

Bakının mərkəzində kran aşıb? – FOTO + YENİLƏNİB

Tarix:7-03-2017, 13:20
Baxış Sayı:544

 Bakının mərkəzində kran aşıb? – FOTO + YENİLƏNİB
Bakıda Mehdi Mehdizadə küçəsində qəzalı vəziyyətə düşən körpünün təmirinə başlanıb.
Korrupsiya və Qanun saytı xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən həmin körpüdə kranın aşması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyiblər.
Qeyd olunub ki, bir müddət əvvəl betonqarışdıran maşının çırpılması nəticəsində körpü qəzalı vəziyyətə düşmüşdü. Bununla əlaqədar olaraq, həmin körpü “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən təmirə bağlanıb:
“Bu məqsədlə körpüdə bu gün səhərdən təmir işlərinə başlanıb. Təmirlə əlaqədar həmin küçədə nəqliyyatın hərəkəti də müvəqqəti dayandırılıb. Kranın aşması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

11:54

Bakının mərkəzində qaldırıcı kran aşıb.
Korrupssiya və Qanun saytı xəbər verir ki, hadisə Mərkəzi Neftçilər Xəstəxanasından 28 May küçəsi istiqamətinə gedən yolda baş verib.
Belə ki, kran Mehdi Mehdizadə küçəsindən 28 May küçəsi istiqamətinə gedən yolun üstündəki dəmiryolu körpünün üstünə aşıb. Nəticədə körpü yararsız vəziyyətə düşüb.
Hazırda yolda nəqliyyatın hərəkəti dayandırılıb.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur. Əraziyə aidiyyəti qurumlar cəlb olunub.
Qeyd edək ki, həmin ərazidə yerləşən körpü uçma təhlükəsi ilə üzləşib. Bir müddət öncə yolda qəza baş verib. Yük avtomobili körpüyə çırpılmışdı, nəticədə körpüdə iri çat əmələ gəlmişdi.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub