Azərbaycan İdeyası

«Azərbaycanda butulka işgəncələri»

Tarix:7-03-2017, 14:04
Baxış Sayı:660

«Azərbaycanda butulka işgəncələri»

ABŞ Dövlət Departamenti insan haqlarına dair hesabatında deyir ki, 2016-cı ildə Azərbaycanda baş verən ciddi işgəncə halları araşdırılmır.
Martın 4-də açıqlanan illik hesabatda deyilir ki, iki gəncə - Heydər Əliyevin heykəlinə şüar yazdıqlarına görə butulka və dəyənəklə işgəncə veriblər.
Söhbət Qiyas İbrahim və Bayram Məmmədovdan gedir. Onlar narkotik ittihamı ilə 10 il iş alıblar.
Daha çox ictimai fəalları müdafiə edən vəkil Yalçın İmanov deyir ki, ümumilikdə işgəncələr getdikcə artır, işgəncə metodları isə təkmilləşir:

«Azərbaycanda butulka işgəncələri»
Yalçın İmanov

“İşgəncəyə məruz qalanların daha çox başına və ayaq nahiyəsinin alt hissəsinə zərbələr endirilir, onlar polis dəyənəyi, şüşə butulkalarla zorlanır, ya da zorlanma ilə hədələnir. Eyni zamanda mütəmadi və ardıcıl şəkildə döyülürlər. Döymə yarım saat, qırx dəqiqə yox, daha çox çəkir”.
Vəkil Yalçın İmanov deyir ki, fəallara edilən bir işgəncə də onları ailələrinə təzyiqlə hədələməkdir.
Norveçdə mühacirətdə yaşayan jurnalist İlqar Nəsibov deyir ki, 2009-cu ildə onu Naxçıvanda, jurnalist fəaliyyətinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ölümcül döydürüblər. Daha sonra polis idarəsində, ona öz əleyhinə ifadə verməsi üçün mənəvi işgəncə veriblər:
«Azərbaycanda butulka işgəncələri»
İlqar Nəsibov döyüldükdən sonra.


“Məni ailəmlə qorxudurdular ki, bu hadisə bu cür oldu, sabah-birisigün bu hadisə daha fərqli formada ola bilər. Sən bu işlərdən vaz keç, bizim istədiyimiz kimi ifadəni ver, biz bu işi xətm edək. Bir də beynəlxalq təşkilatlara bu haqda məlumat vermə”.
Vəkil Yalçın İmanov deyir ki, hətta ictimai fəal olmayan şəxslərə də işgəncə verilir, bu isə istintaq orqanlarının qeyri-peşəkarlığı ilə bağlıdır-onlar sübut tapmaq əvəzinə, işgəncə verərək cinayəti kiminsə boynuna qoymağa çalışırlar.
Vəkil deyir ki, son illər ölkədə insan haqları müdafiəçilərinə təzyiq olur deyə, işgəncə halları haqda məlumat toplayanlar da azalıb, işgəncəyə məruz qalanların müdafiəsi zəifləyib.
Dövlət Departamenti öz hesabatında bildirir ki, şikayətlər dərhal və səmərəli araşdırılmır. Hesabata görə, Daxili İşlər Nazirliyinə və Baş prokurorluğa 2009-2013-cü illərdə üst-üstə 1700-ə qədər şikayət daxil olub, bunun isə təqribən 20 faizi araşdırılıb.
Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov isə deyilənlərə belə cavab verir:

Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov

“İşgəncə halı bizdə yoxdur. Bunu birmənalı deyirəm. Hər hansı bir məqam, hər hansı problem varsa, bunu şişirdib, artıq işgəncə kimi təqdim edirlər. Səhv yanaşma bundan ibarətdir. Amma həmişə lazımi tədbirlər görülür”.
Bəs Bakı sakinləri bu barədə nə düşünür: ölkədə insan haqları necə qorunur?
da-butulka-isgenceleri

kriminal.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.