Azərbaycan İdeyası

Qəzada ölən İbrahimin son sözləri: "Bayramda atamın yanında olacağam"

Tarix:10-03-2017, 11:08
Baxış Sayı:626

 Qəzada ölən İbrahimin son sözləri: "Bayramda atamın yanında olacağam"


Dünən Sumqayıt yolunda baş verən faciəvi qəzada dünyasını dəyişən tələbələrdən biri - Sumqayıt Universitetinin tələbəsi İbrahim Nəsibovun cənazəsi Cəlilabad rayonuna aparılıb.
Korrupsiya və Qanun saytı yeniçağ.az-a istinadən bildirir ki, mərhumun qardaşı həyəcan keçirtdiyi üçün danışa bilmədiyini deyərək telefonu bibisinə verib.
İbrahim haqqında danışan bibisi dünən axşam onunla son dəfə görüşdüyünü deyib:
“1997-ci ildə doğulmuşdu. Qardaşımın belini bükdü, İbrahim elə oğul idi ki, onunla bütün rayon fəxr edirdi. Hündür, yaraşıqlı, ağıllı oğlan idi. Universitetdə hamı onun ağlından-kamalından danışırdı. Dünən bizə gəldi, çimdi, dedi-güldü, zarafatlaşdı. Dedi ki, bibi, martın 14-nü, axır çərşənbəni sizinlə keçirəcəyəm, bayramı isə atamın yanında, rayonda olacağam. Mən daha onun yolunu gözləməyəcəm. Qardaşımın balası bizi həmişəlik tərk etdi”.
Bibisinin dediyinə görə, İbrahimin ölüm xəbərini atasına telefon vasitəsilə çatdırıblar:
“İbrahim qəzada öləndə telefonu yerə düşübmüş. Onun telefonundan atasını yığıb deyiblər ki, balanın vəziyyəti ağırdır, tez gəl. Atası şok keçirdib. Bu bəlanı ömür boyu unutmarıq”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO