Azərbaycan İdeyası

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı maraqlı məqam

Tarix:10-03-2017, 13:33
Baxış Sayı:618

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı maraqlı məqam

"Çox qazanmaq kimi pis vərdişimiz görün Sumqayıt -Bakı yolunda hansı faciəmizə gətirib çıxardı. 5 övladımız heç pərvazlanmamış bu dünyadan getdilər. Bunun səbəbi həmin mikroavtobusu idarə edən sürücünün acgözlüyü, çox pul qazanmaq marağı oldu". Bu fikirləri "OLAYLAR"-a hüquqşünas Rövşən Məmmədli səsləndirib.
O, qeyd edib ki, sürücünün normadan 12 nəfər artıq sərnişin götürməsi və avtomobili sürətlə idarə etməsi faktı bunu təsdiq edir: "Bu faciənin əsas günahkarı isə şübhəsiz ki, Bakı-Sumqayıt şosesinə nəzarət edən YPX işçiləridir. Onların günahkar olması faktlarla ortadadır. Belə ki, ağır yol qəzasını törədən sürücünün sürücülük vəsiqəsinin belə olmaması, 61 dəfə radara düşməsi və s.bu şəxsə sərnişin daşıma nəqliyyatında işləməsinə birmənalı icazə vermirdi. Bunu da YPX işçiləri aydın görürdülər. YPX işçiləri sərnişinlərə, millətə can yandırsaydılar, axşamdan xarab olub yol kənarında qalmış yük maşınını vaxtında oradan kənara çıxara bilərdilər. Ancaq onların da həmin qəzanı törədən sürücü kimi daha çox pul qazanmaq hərisliyi olduğundan öz vəzifə borclarını unutmuşdular. Necə olur ki, küçənin kənarında iki dəqiqəyə maşını saxlayıb bir yerə gedən adamın maşınını bir göz qırpımında evakuatora qoyub aparıb cərimə edirlər, ancaq həmin yük maşınını o yoldan çıxara bilməyiblər. Sözümün canı odur ki, ölkəmizdə Yol Patrul Xidməti işi yarıtmazdır. Bunu hamı görür". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA