Azərbaycan İdeyası

5 tələbənin həyatını məhv edən sürücünü 7 ildən 12 ilə qədər həbs gözləyir

Tarix:10-03-2017, 15:51
Baxış Sayı:675

  5 tələbənin həyatını məhv edən sürücünü 7 ildən 12 ilə qədər həbs gözləyir


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yüksək sürətlə hərəkət edən "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 5-i dünyasını dəyişib. Digər tələbələr isə müxtəlif xəsarətlər alıblar.
5 nəfərin ölümünə səbəb olan sürücü Namiq Hüseynovu hansı cəza gözləyir? Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov AzVision.az-a bildirib ki, qəza törədən şəxsin sürücülük hüququ varsa, qüvvədə olan Cinayət Məcəlləsinin 263.3 maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. Ekspertin fikrincə, onun "sürücülük hüquqi varsa" hissəsi xüsusi vurğulanmalıdır: "Ola bilər ki, sürücünün "D" kateoqriyası yoxdur, sürücülük vəsiqəsinin müddəti bitib və yaxud sərxoşluq halı aşkar olunub. Bu hallar yoxdursa, sürücü 5 illik sürücülük hüququndan məhrum edilməklə, 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Təcrübədən çıxış etsək, deyə bilərik ki, bu sürücüyə 9-10 il iş veriləcək”.
Ə.Hüseynov vurğulayıb ki, qəza törədən şəxsin sürücülük hüququ olmasa, vəsiqənin müddəti bitsə və yaxud hər hansı bir sərxoşluq halı müəyyən olunarsa, o zaman Cinayət Məcəlləsinin 263-1.4 maddəsinə əsasən məsuliyyətə cəlb olunacaq: "Bu maddəyə əsasən sürücü 5 illik sürücülük hüququndan məhrum edilməklə 7 ildən 12 ilədək azadlıq məhrum ediləcək”.
Qeyd edək ki, dəhşətli qəzaya səbəb olan 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb