Azərbaycan İdeyası

Millət vəkili Gəncədəki biabırçılıqdan yazdı: "Əgər bu doğrudursa..."

Tarix:5-04-2017, 12:32
Baxış Sayı:741

Millət vəkili Gəncədəki biabırçılıqdan yazdı: "Əgər bu doğrudursa..."

""Gəncədə bir "insan"ın öz qardaşı qızını qaçırması, birlikdə yaşaması və dini "nigaha daxil olması ilə bağlı yayılmış xəbərləri bir az öncə dəhşət içərisində oxudum. Və hələ də ola bilməz yəqin yanlış məlumat yayılıb deyərək belə bir şeyin baş vermədiyinə inanmaq istəyirəm. "
Korrupsiya və Qanun saytı Moderator.az a idtinadən xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Gəncədə əminin iki uşaq anası olan qardaşı qızı ilə evlənməsinə münasibət bildirərkən deyib.
Millət vəkili həmçinin qeyd edib ki, onların hər iksinin psixoloji vəziyyətləri normal deyil:
"Bu çox dəhşətli bir şeydir və onların hər iksinin psixoloji vəziyyətlərinin normal olmadığını düşünürəm. Normal adam belə bir şeyi nəinki etməz, etməyi belə düşünə bilməz. Yayılan məlumatlarda məni dəhşətə gətirən bir məsələ də qardaşı qızı ilə əminin dini nigaha girməsi oldu. Bu məsələ ciddi araşdırılmalıdır və əgər məlumatlar doğrudursa buna yol verən din xadimi dəhşətli bir addım atdığının məsuliyyətini daşımalıdır. Cəmiyyətdə əxlaqi və psixolji deqradasiyaya uğrayan insanların artması ciddi narahatlıq doğurmalıdır. Nə etməli? İndi bu vacib sual ətrafında psixoloqlar, mütəxəssislər fikirlərini bölüşməlidir. Bu cür dəhşətli hadisələrin artmaması üçün.Və cəmiyyət olaraq birlikdə çalışmalıyıq."

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb