Azərbaycan İdeyası

"Qardaş qızı, bacı qızı ilə evlənmək böyük günah və haramdır"

Tarix:5-04-2017, 16:14
Baxış Sayı:775

  "Qardaş qızı, bacı qızı ilə evlənmək böyük günah və haramdır"
Xəbər verdiyimiz kimi 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub. Maraqlıdır İslam dininə görə bu nikah qanunidirmi?
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov məsələ ilə bağlı Moderator.az-a danışıb:
"Gəncədə olan hadisə çirkin bir işdir. Dinimizə görə qardaş qızı, bacı qızı ilə evlənmək böyük günah və haramdır. Üstəlik evli bir insanın bu əməli etməsi onun hüquqi cəhətdən cəzalandıırlmasını şərt edir. Dinimizə görə zina etmək böyük günahdır, bunun ağır cəzası var. Ancaq bir insan bunu edibsə, üstəlik molla da ya bilərəkdən, ya bilmədən, dəqiqləşdirmədən götürüb bu ən aşağı və haram əməlin kəbinini də kəsibsə elə həmin mollanı da cəzalandırmaq lazımdır ki, necə olub ki, belə bir əməlin razılığını verib, hələ üstəlik zina edənlərin bu əməlinə kəbin donu geyindirib. Halbuki Allah Təala evlənilməsi haram olan qadınları Qurani Kərimdə bizə bildirmişdir: “Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur! Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (Nisa, 4/22-24). Allah təala bu ayədə qardaş qızı ilə evlənməyi açıq aşkar qadağan edir. Bunun günahının şiddəti çox böyükdür. Bu mövzu islam hüquq, fiqh kitablarında işlənilib və Allah təalanın qadağalarını pozanlar, haram olunan şəxslərlə evlənmək istəyənlər zina kimi qiymətləndirilib və cəzası tətbiq edilib. Müasir fiqh alimləri də bunun ağır hüquqi məsuliyyətinin olduğunu və cəzasının ağır olduğunu bildiriblər. Çünki, bu təkcə dini baxımdan deyil, həm də örfə və adət-ənənəyə uyğun olaraq da haram, çirkin bir əməl hesab edilir və mütləqdir ki, belə halda cinayət işi açılıb günahkarlar cəzalandırılsın. Çünki, burada zoralamdan söhbət gedir. Həm əmi evli şəxsidr, özünün övladları var, üstəlik etdikləri heç bir insanlıq çərçivələrinə sığışmır. Bunu bütün insanlar qınayır və heç kim buna haqq qazandırmır. Təəssüf ki, bu gün sosial şəbəkələrdə bəziləri Məhəmməd Peyğəmbərə dil uzadırlar ki, Peyğəmbər öz oğulluğunun həyat yoldaşı ilə evlənib. O başqa məsələdir. Öz doğma oğlunla, öz oğulluğun eyni sayılmır. Qeyd edək ki, islamdan əvvəl, cahiliyyə dövründə bir şəxs özünə başqa uşağı övlad götürəndə onun əsl öz övladı olduğu anlaşılırdı. İslam dini gələndən sonra cahiliyyə dövrünə məxsus olan övladlığı, bir uşağı özünə övlad götürməyi, övladlığı öz övladı olmaq kimi anlayışdan çıxardı. Yəni, özünə övladlığa götürülən uşağın əsl övlad olması islam dininə görə haram hesab edildi. Beləliklə islamdan sonra bir başqa uşağı övladlığa götürmək o demək idi ki, artıq o sənin övladın deyildir. Övladlığı öz övladın kimi qəbul etmək islam dininə görə haramdır. Özünün belindən gəlməyən, öz bətnindən çıxmayan bir şəxsi öz övladın kimi qəbul etmək cahiliyyə adətidir və islama görə haramdır. İslam bu məsələni tənzimlədi. İslam dininə görə bir şəxs kimisə övladlığa götürə bilər, ancaq götürdüyü övladlıq onun əsl öz övladı ola bilməz. İslam dini bununla doğru bir qərarı verdi. Yəni, Allah təala cahiliyyə anlayışını aradan qaldırıb övladlığı insan üçün əsl övlad etmədi. Çünki, cahiliyyə dövründə bir şəxsin övladlığı sanki öz doğma övladıymış kimi qüvvədə idi. Başqasını öz övladın kimi bilib övladlığa götürmək islam dininə görə haram edildi. Bu barədə Buxari və Müslim, Səid bin Əbu Vəqqasdan, Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişlər: “Bir uşağı atasından başqasına aid edənə Allahın, mələklərin və insanların lənəti olsun. Allah təala onun nə tövbəsini qəbul edər, nə də fidyəsini” (Buxari, Müslim). Başqa bir hədisdə belə deyilir: “Hər kim başqa bir şəxsə atası olmadığını bilə-bilə nəsəb iddia edərsə, o kimsəyə Cənnət haram olar” (Buxari, Müslim). Yəni bir şəxsi öz doğma atasına yox, başqasına nisbət edərsə həmin şəxs Cənnətə daxil ola bilməz. Amma islam dininə görə bir şəxsin başqa bir şəxsə sevgisindən və ona hörmətindən ötrü “övladım”, “oğlum”, “balam” deməsi icazəlidir, halaldır. Hətta peyğəmbər də çox sevdiyi uşaqlara belə deyibdir: İbn Kəsir, Təfsirində deyir: “Bir şəxsin öz övladı olmayan bir uşağa sırf ona hörmətindən və sevgisindən ötrü “oğlum”, “övladım”, “balam” deməsi ayənin haram etdiyi övladlığa götürməkdən, övladlığa nisbət etməkdən deyildir. Bu barədə İbn Abbasdan belə rəvayət edilib: “Biz Əbdülmüttəlib oğlunun uşaqları bizə aid olan daşlıq bir yeri təmizləyirdik. Daşları sağa, sola atırdıq. Allahın Rəsulu (səlləllahu aleyhi və səlləm) yanımıza gələrək: “Oğullarım, Günəş doğana qədər daşları atmayın” dedi. Yenə İbn Abbasdan rəvayətə görə Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) Ənəsə “Ey oğlum” deyə səslənərdi. Allah Rəsulunun (səlləllahu alehi və səlləm) belə ifadələri işlətməsi onlara olan sevgidən və hörmətdən ötrü idi” (İbn Kəsir, Təfsir, cild 3). Mövzudan uzaqlaşmadan xüsusi ilə qeyd edim ki, qardaş qızı ilə evlənmək öz qızınla evlənmək kimidir ki, bu da böyük günah və haram sayılır. Çünki, nəticədə sən qardaşının qanın daşıyırsan və qan qohumluğu ilə evlənmək şəriətimizdə qadağandır. Əlbəttə aidiyyatlı qurumlar bununla bağlı ciddi ölçü götürməlidirlər ki, cəmiyyətimizdə zina, çirkin əməllər yayılmasın." [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb