Azərbaycan İdeyası

Dənizdə meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşdi

Tarix:7-04-2017, 11:34
Baxış Sayı:680

 Dənizdə meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşdi

Qaradağ rayonu ərazisində dənizdən tapılan meyitin ötən il dekabrın 14-də N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus estakadanın uçulması nəticəsində həlak olmuş neftçiyə məxsus olduğu təstiqlənib.
Korrupsiya və Qanun saytı Trend-ə istinadən xəbər verir ki, meyitin şəxsiyyəti müəyyənləşib. Müayinə nəticəsində meyitin hadisə zamanı itkin düşən neftçi - N.Nərimanov adına NQÇİ-nin operatoru olmuş Azay Zülfüqarova məxsus olduğu təsdiqlənib.
Meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və orada müayinə olunub. Meyitin bu gün A.Zülfüqarovun ailəsinə təhvil veriləcəyi bildirilir.
Qeyd edək ki, ötən il dekabrın 14-də N.Nərimanov adına NQÇİ-nin dənizdəki estakadasının uçulması nəticəsində 10 nəfər neftçi itkin düşmüşdü. Baş vermiş qəza zamanı itkin düşən neftçilərdən 8-nin meyiti tapılıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO