Azərbaycan İdeyası

5 tələbənin öldüyü maşın 157 ilə gedirmiş - YENİLƏNİB

Tarix:22-05-2017, 15:31
Baxış Sayı:344


 5 tələbənin öldüyü maşın 157 ilə gedirmiş - YENİLƏNİB

Hacıqabul rayonunda icarəyə götürülmüş "Hyundai Accent" markalı avtomobilin qəzaya uğraması və 5 tələbənin vəfat etməsi hadisəsi ilə bağlı sənədlər üzə çıxıb.
Avtomobili icarəyə vermiş "Elşən Rent a Car" şirkətinin rəhbəri Elşən Babayev bildirib ki, maşını icarəyə götürmüş sürücü Əmiraslan Əmiraslanının 17 deyil, 19 yaşı olub. İş adamının sözlərinə görə, icarəyə verilmiş avtomobil həmin gün 20 dəfədən çox sürət həddini aşıb:
"Biz GPS vasitəsi ilə həmin avtomobilləri izləyirik. Həmin maşın 20 dəfədən çox sürət həddini aşıb və işçimiz zəng edərək xəbərdarlıq etməyə çalışıb. Lakin telefonu götürən olmayıb. Qəza anında isə maşının sürəti saatda 153 kilometr olub. Yol boyu isə maşının sürəti saatda 157 kilometrədək artıb".
"Elşən Rent a Car"ın sahibi əlavə edib ki, həmin maşını 4 günlük icarəyə verib və bununla bağlı sənəd imzalanıb. Sənəd imzalanarkən Ə.Əmiraslanlının sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin sürətləri götürülüb. O, həmçinin əlavə edib ki, icarəyə verilmiş avtomobillə ölkənin sərhədləri daxilində istənilən yerə getmək olar və baş vermiş hadisədə onların hər hansı nöqsanı yoxdur.

***
12:11

Mayın 20-də Bakı-Qazax magistralının 112-ci kilometrliyində - Hacıqabul şəhəri yaxınlığında 5 tələbənin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı maraqlı faktlar üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Korrupsiya-q.az bildirir ki, İmişli rayonundan olan gənclər qəzaya düşdükləri "Hyundai Accent" markalı, 99 LD 773 dövlət qeydiyyat nişanlı avtomobili elə həmin gün icarəyə götürübmüş.
Avtomobil "Elşən - Rent a Car" şirkətinə məxsus olub və 17 yaşlı Əmiraslan Əmiraslanlının adına maşından istifadə ilə bağlı yol kağızı verilib. Lakin yaşı hələ 18 tamam olmamış Əmiraslanın sürücülük vəsiqəsi olmayıb.
Hadisəni araşdıran istintaqçılar qəzaya düşən avtomobilin kameralara və radarlara düşüb-düşməməsini də araşdırıb. Məlum olub ki, avtomobil kamera və radarların olduğu yerlərdən qanunun tələb etdiyi sürətlə keçib. Daha sonra isə sürəti artırıblar.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb