Azərbaycan İdeyası

Məşhur azərbaycanlı cərrah həbs olundu – Dələduzluq ittihamı ilə

Tarix:23-05-2017, 13:55
Baxış Sayı:412

 Məşhur azərbaycanlı cərrah həbs olundu – Dələduzluq ittihamı ilə

“Lanset” klinikasının təsisçilərindən biri olan Fərman Ceyranlı Gürcüstanda həbs edilib.

Korrupsiya ve Qnun saytı Xeber.ge saytına istinad olaraq xəbər verir ki, həbs edilən Fərman Ceyranlı Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə günahlandırılır. Qeyd olunan maddə isə dələduzluqdur. Cinayət işində iki nəfərin adı keçir.
Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz ciyər transplantasiyası əməliyyatı baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset”in lisenziyası geri alınıb.
Fərman Ceyranlıya rəsmi ittiham bu gün irəli sürüləcək. Hazırda o, Baş Polis İdarəsinin müvəqqəti təcridxanasındadır.
Fərman Cahan oğlu Ceyranlı 1957-ci ildə Saqareco rayonunda anadan olub. 1974-cü Yor-Muğanlı kəndində orta məktəbi bitirib və elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub.
1980-ci ildə 1 saylı Tiflis şəhər Klinik Xəstəxanasında cərrahiyyə üzrə internatura keçib. 1982-ci ildən 1992-ci ilə qədər İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının cərrahi xəstəliklər kafedrasında əvvəlcə baş laborant, sonra isə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri kimi fəaliyyət göstərib.
1985-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib.
F.Ceyranlı sonradan fəaliyyətini Azərbaycanda davam etdirib. 1993-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb, eyni zamanda Səhiyyə Nazirliyinin baş cərrahı olub.
Tarixin ən böyük xeyriyyəçiliyini etdi 7 partiya bəyanat yaydı: Təcili tədbirlər görülməlidir..."Bizə nüvə silahı lazımdır..." - gen [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb