Azərbaycan İdeyası

7 uşağın öldürülməsi barədə danışan həkimin – Təzadlı cavabı

Tarix:5-06-2017, 15:08
Baxış Sayı:229

 7 uşağın öldürülməsi barədə danışan həkimin – Təzadlı cavabı


Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 2016-cı ilin aprelin 6-da doğuş edən 37 yaşlı Günay Axundovanın körpəsinin ölməsi, anadan gizlədilən uşağın Hövsanda qəbiristanlıqda gizli şəkildə basdırılması və meyitin ekskumasiyası zamanı bir qəbirdən 7 uşaq meyitinin çıxması barədə xəstəxananın baş həkiminin müavini Mahir Babayev danışıb.
Korrupsiya və Qanun saytı xəbər verir ki, Azvision.az-a açıqlamasında M.Babayev xəstənin hamiləliyinin vaxtından əvvəl başa çatdığını bildirib:
“Anada böyrək xəstəliyi, qan azlığı və digər problemlər var idi. Biz onu xilas etmək üçün əlimizdən gələni etmişdik. Uşaq yarımçıq olduğu üçün həyatda qalmadı. Qadın reanimasiyada olanda uşaq ölmüşdü. Əmr var ki, uşaq öləndən sonra cəsədi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə təhvil verilsin. Bu haqda ananın xəbəri olub. Lakin sonradan uşağın cəsədini qadının yaxınları tərəfindən heç kim götürmədi. Buna görə də Analitik Ekspertiza Mərkəzinin əməkdaşları onu Hövsanda yerləşən qəbiristanlıqda basdırıb və qəbri nömrələnib. Ananın səsləndirdiyi fikirlər tamamilə əsassızdır”.
M.Babayev qeyd edib ki, yeni doğulmuş körpələrin dəfnini Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzinin əməkdaşları həyata keçirir.
Həmin Mahir Babayev Trend-ə isə bildirib ki, uşaq rəsmi qaydada - aktla, protokolla dəfn edilib: “Valideynin xəstəxanadan çıxan zaman uşağın meyitini hansı səbəbdən aparmaması barədə fikir yürüdə bilməz.
M.Babayevin sözlərinə görə, bu məsələ hüquq-mühafizə orqanları və məhkəmə tərəfindən araşdırılıb və şikayətçinin iddiasının əsassız olduğu tam təsdiqini tapıb.
Hazırda bu işə Bakı Apelyasiya Məhkəməsi tərəfindən baxıldığını deyən baş həkimin müavini qeyd edib ki, qəbiristanlıqda 7 uşağın birlikdə basdırılması məsələsinə münasibət bildirə bilməz:
“Bu məsələ bizlik deyil. Uşaq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Belə kimsəsiz şəxslər qolunda yazı ilə dəfn edilir”.
Əlbəttə ki, bütün bu cavablar aşağıdakı ciddi sualları doğurur:
1. Ana “xəstəxanadan çıxarkən övladının meyitini geri götürməyibsə”, bir ildir övladının nəşi üçün niyə mübarizə aparır? G.Axundova uşağının meyitini götürmək istəmədiyi ilə bağlı yazılı sənəd təqdim edibmi? Dəfn barədə “sənəd-sübutlar” içərisində bu sənəd də varmı?
2. Bakı Apelyasiya Məhkəməsində mülki iddia qaldırılıb. Bundan əvvəl isə Yasamal Prokurorluğu işin faktiki hallarını araşdıraraq, cinayət işi qaldırıb və meyitin ekskumasiyası barədə qərar verib. Hazırda cinayət işi Yasamal Prokurorluğunda davam edir.
3. Rəsmi sənədlərə görə, Günay Axundovanın hamiləliyi 29 həftəlik olub. Ancaq bir yerdə dəfn edilən 7 uşaq meyitindən Günay Axundovanın adı yazılan torpanın içindən çıxan uşaq meyitinin ekspertizası sözügedən uşağın 33 həftəlik olduğunu təsdiqləyib. Belədə, G.Axundovanın uşağı hanı?
Xatırladaq ki, hazırda proses davam edir və ekspertiza nəticələri vaxtaşırı olaraq ictimaiyyətə açıqlanacaq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO