Azərbaycan İdeyası

Qaraçuxurda sudan kütləvi zəhərluənmənin səbəbləri məlum old

Tarix:23-10-2015, 12:33
Baxış Sayı:391

Ötən gün Qaraçuxur qəsəbəsi Zaur Şərifov 24 ünvanında sudan kütləvi zəhərlənmə faktı ilə əlaqədar xəstəxanaya yerləşdirilən 10 nəfərin müalicəsi davam edir.
"Korrupsiya və Qanun" qəzetinə stinadən Ölkə.Az xəbər verir ki, bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, zərərçəkənlər 5 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər:
"Onlara profilaktik yardım göstərilib, həyatları üçün heç bir təhlükə yoxdur. Xəstələr mədə-bağırsaq infeksiyası ilə bağlı müalicə alırlar. Səhhətlərində ciddi problem olmadığından çox güman ki, gün ərzində evlərinə buraxılacaqlar".
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə "Report"a açıqlamasında bildirib ki, hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınıb və lokal xarakterli olub, başqa ərazilərdə qeydə alınmayıb:
"Dövlət Sanitariya Xidməti orqanı və Səhiyyə Nazirliyi "Azərsu" ASC-nin işçiləri ilə birlikdə ərazidə olan xətlərə baxış keçirib. Həmin gün içməli suyun tərkibində normadan kənara çıxma halları müşahidə olunub. Suyun həm bakterioloji, həm də kimyəvi göstəriciləri var. Təbii ki, kimyəvi göstəricilər də standartlara cavab verməlidir. Həmin gün də suyun tərkibində bu maddədən kənara çıxma halları baş verdiyinə görə insanlarda narahatlıq yaradıb. Yoxlama zamanı həmin ərazidən su nümunələri götürülüb. Bütün göstəricilər norma daxilindədir. Hazırda əraziyə verilən suda heç bir problem yoxdur".
Şöbə müdiri, hadisə zamanı 70-ə yaxın şəxsin zərər çəkməsi ilə bağlı səsləndirilən fikirlərin yanlış olduğunu qeyd edib: "Bir neçə nəfərdə mədə-bağırsaq pozuntusu baş verib. Həmin şəxslərin vəziyyəti də hazırda stabildir". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb