Azərbaycan İdeyası

Bakıda şagirdi tənbeh edən müəllim cəzalandırıldı

Tarix:16-10-2017, 17:16
Baxış Sayı:363

  Bakıda şagirdi tənbeh edən müəllim cəzalandırıldı

Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 195 nömrəli tam orta məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi barədə yayılan məlumata münasibət bildirib.
BŞTİ-nin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Qaradağ rayonu, 195 nömrəli tam orta məktəbdən daxil olan məlumatda qeyd olunub ki, həmin məktəbin idman müəllimi Famil Əbilov IX sinif şagirdi Cavid Nuriyevə fiziki tərbiyə dərslərində dəfələrlə iştirak etmədiyi üçün irad bildirib və digər idman müəllimlərinin yanında onu tənbeh edib. Müəllimin məqsədi şagirdə intizam qaydalarına riayət etməməsini bildirməkdən və onu tədrisə cəlb etməkdən ibarət olub.
Qeyd olunub ki, Famil Əbilov 35 ildir 195 nömrəli tam orta məktəbdə müəllim işləyir. İşlədiyi dövrdə heç bir intizam tənbehi almayıb və kollektiv üzvlərinin hörmətini qazanıb. Bu məsələ ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən F.Əbilov barəsində intizam tənbehi görülüb.
Xatırladaq ki, Bakı şəhər sakini Elnarə Nuriyeva Qaradağ rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, övladı, Ələt qəsəbəsində yerləşən 195 saylı orta məktəbin şagirdi, 12 yaşlı Cavid Nuruyevin həmin məktəbin Famil adlı idman müəllimi tərəfindən döyüldüyünü bildirib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb