Azərbaycan İdeyası

8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldı

Tarix:20-10-2017, 11:33
Baxış Sayı:530

  8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldı


Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin cərrah həkimləri 8 yaşlı Şölə Kərimovanın ölümü ilə bağlı prokurorluğa çağırılıb.
Bu barədə Modern.az-a Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyev məlumat verib. Baş həkim hazırda Səhiyyə Nazirliyi tərəfindən araşdırmaların davam etdiyini bildirib:
“Həm nazirlik, həm də prokurorluq tərəfindən araşdırma aparılır. Araşdırmalar yekunlaşdıqdan sonra suallarınızı ətraflı cavablandıracağam. Uşağın meyitinin yarılıb-yarılmaması ilə prokurorluq məşğuldur. Yalnız onu deyə bilərəm ki, əməliyyata girən həkimlə prokurorluğa çağırılıb, ifadələri alınıb”.
Y.Əliyev deyib ki, heç bir həkim səhlənkarlığından söhbət getmir:
“Əvvəlcədən razılaşdırılmışdı. Valideynləri əməliyyatın riskli olması ilə bağlı razılıq ərizəsinnin altına imza da atıblar. Uşaq əməliyyat belə olunmayıb, xırda bir manipulyasiya sonrası dünyasını dəyişib. Mənim sifarişim əsasında Səhiyyə Nazirliyindən permanent katater gətirilib. Əməliyyata tibb elmləri namizədi, böyük elmi işçi və Moskvada permanent katater qoyulmasının kursunu keçib sertifikat almış həkim Eldar Əliyev girib. Ümumiyyətlə permanent katater qoyulması açıq ürək əməliyyatından da riskli bir əməliyyatdır. Ona görə də bizdə permanent kateter anju aparatının altında qoyulur. Bu da elə bir aparatdır ki, onun dörd monitoru var və əməliyyatın gedişi boyunca xəstənin bütün göstəriciləri gözünün qarşısında olur. Katateri yeridəndə ürəkdə fibrilyasiya olub və ürək dayanıb. Həyata keçirilən reanimasyon tədbirlər heç bir nəticə verməyib”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb