Azərbaycan İdeyası

Xəstəxanada 7 yaşlı uşağının meyiti ilə qarşılaşan tibb bacısı: “Dedilər ki, xəstə gətirilir...”

Tarix:20-10-2017, 15:22
Baxış Sayı:704

 Xəstəxanada 7 yaşlı uşağının meyiti ilə qarşılaşan tibb bacısı: “Dedilər ki, xəstə gətirilir...”

“Yaxınlaşanda baxdım ki, xərəkdəki mənim uşağımdır”.

Bunu AzNews.az-a açıqlamasında Salyanda avtomobil qəzası nəticəsində ölən 7 yaşlı oğlunun meyiti ilə xəstəxanada qarşılaşan tibb bacısı Aytəkin Əhmədova deyib. Həmin anda hüşunu itirən ana bir də bu gün ayılıb:
“Elə o anda komaya düşmüşəm. Bu gün ayılmışam. Çox pisəm, oğul itirən ana necə olar? Balası ölən anayam”.
Aytəkin Əhmədova deyib ki, həmin günü o, işdə olub: “Uşağımı evdə sağ-salamat qoyub işə getmişdim. Evimizə qonaq gəlib. Qonaq mağazaya gedəndə uşaqlarım da ona qoşulub. İşdə olanda dedilər ki, xəstəxanaya xəstə gətirdilər. Yaxınlaşanda baxdım ki, mənim uşağım, Ayxanım”...
Qeyd edək ki, Salyanda 7 yaşlı Ayxan Əhmədov naməlum avtomobillə vurulub. Uşaq Salyan Mərkəzi Xəstəxanasına çatdırılsa da yolda dünyasını dəyişib. Ayxanın anası Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzində tibb bacısı işləyir. Xəstəxanaya ağır yaralı gətirildiyini eşidən tibb bacısı dərhal ona yaxınlaşıb və xərəkdə 7 yaşlı oğlunun meyitini görüb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.