Azərbaycan İdeyası

Moskvada təyyarə qəzasında ölən azərbaycanlının meyiti Yevlaxa gətiriləcək

Tarix:12-02-2018, 15:08
Baxış Sayı:527

  Moskvada təyyarə qəzasında ölən azərbaycanlının meyiti Yevlaxa gətiriləcək
Rusiyada təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Yevlaxa gətiriləcək.
Korrupsiya-q.az Report-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan Namiq İnayət oğlu Qəhrəmanov doğulduğu Yevlax rayonda dəfn olunacağı gözlənilir.
Məlumata görə, 1971-ci il təvəllüdlü Namiq İnayət oğlu Qəhrəmanov uşaq vaxtlarından Rusiyaya gedib. O, Orsk şəhərində fəaliyyət göstərən tikiş sexinin sahibi olub. Məlumata görə, N.Qəhrəmanov sexi rusiyalı qadın biznesmenlə şərik işlədirmiş.
"Haqqıdı" ləqəbli N.Qəhrəmanov "İsim" ləqəbli qardaşı ilə birgə əvvəllər kiriminal ailəmin üzvü olublar. Lakin sonra N.Qəhrəmanov kiriminal ailəmdən uzaqlaşıb. Qardaşı isə qanunsuz silah gəzdirdiyinə görə mühakimə olunub və hazırda həbsdədir. N.Qəhrəmanovun ailəsi Yevlax şəhər Adil İsgəndərov küçəsində yaşayır. Onun meyitinin bu gün doğulduğu Yevlax rayonuna gətiriləcəyi və orada dəfn olunacağı gözlənilir.
Qeyd edək ki, "Saratov airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb. Ölənlərdən biri Azərbaycan vətəndaşı Namiq Qəhrəmanovdur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO