Azərbaycan İdeyası

Bakıda əxlaqsız hərəkətlərə məruz qalan 46 yaşlı qadın özünü binadan atıb.

Tarix:14-09-2018, 14:34
Baxış Sayı:228

Bakıda əxlaqsız hərəkətlərə məruz qalan 46 yaşlı qadın özünü binadan atıb.

Korrupsiya-q.az Minval.info -ya istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi Mirəli Seyidov küçəsində yerləşən 21 nömrəli mənzildə baş verib.
Məlumata görə, həmin binada kirayəşin olaraq yaşayan 27 yaşlı İlkin Vəlizadə evə təmizlik işi gördürmək üçün çağırdığı Zəminə Məmmədovaya təcavüz etmək istəyib. Çıxılmaz vəziyyətdə qalan qadın canını qurtarmaq üçün özünü binanın 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən aşağı atıb. Hadisə nəticəsində Zəminə Məmmədova ağır bədən xəsarətləri alıb. O, dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. İlkin baxış zamanı onun bel sümüyünün sındığı müəyyən edilib.
Hadisə ilə bağlı danışan qadın deyib ki, kömək istəsə də heç kim yardım etməyib: “Mən ünvana getdim, təmizliyə başlamaq istəyəndə bu mənə hücum çəkdi. Qaça bilmrdim. Qapını bağlamışdı. Mənə dedi ki, “Xoşluqla mənim ol, olmasa vuracam səni, özündən gedəcəksən. Heç xəbərin də olmayacaq. Üstəlik kirayədə qalıram, axırda da çıxıb gedəcəyəm”.
Mən ona yalvardım ki, az qala anan yaşında qadınam, burax məni gedim, heç kimə də şikayət etməyəcəyəm. Razı olmadı. Üstümə hücum çəkdi, onu itələdim, çarəm olmadığı üçün özümü pəncərədən atdım bayıra”.
Qeyd edək ki, hadisəni törədən İlkin Vəlizadə Qaradağ Rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO