Azərbaycan İdeyası

Faciənin səbəbləri bunlar olub- EKSPERT

Tarix:3-10-2018, 14:29
Baxış Sayı:215


 Faciənin səbəbləri bunlar olub- EKSPERT

Faciəli avtobus qəzası yollarımızda çox ciddi bir təhlükənin olduğunu da üzə çıxardı. Şübhəsiz ki, bu qəzanın əsas zəmini əksər avtobus sürücüsünün ifrat intizamsızlığı, bəzi adamların onlara yaratdığı cəzasızlıq mühitidir.
Korrupsiya-q.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri yol-nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması hadisəsini şərh edərkən bildirib.
Hüquqşünas qeyd edib ki, dəfələrlə qaldırılan və bu hadisədə də qabarıq görünən başqa bir faciə mənbəyi də unudulmamalıdır. Bu faciə mənbəyi dəmiryol keçidlərindəki ciddi qüsurlardır:
"Hadisənin baş verdiyi keçidi (oradan çəkilmiş fotoları, videoları, görənlərin dediklərini) təhlil etdikdə aşağıdakı əsas qüsurlar aydınca görünür:
Keçiddəki işıqfor işləmir və ya ən pisi – qanunvericiliyə uyğun rejimdə işləmir. Hətta hadisə yerindən dünən çəkilmiş videoreportajdan görünür ki, keçidin yaxınlığında heç bir qatar olmaya-olmaya həmin işıqforun qırmızı işığı yanıb-sönür. Bu eybəcər mənzərə ölkəmizin ərazisindəki bütün dəmiryol keçidlərindədir. Amma bu işıqforun qanunda yazılan iş rejimi var. Həmin qurğu bu rejimdə işləməlidir, camaatı aldatmamalıdır.
Rejim də belədir: qırmızı işiq yanırsa və ya yanıb sönürsə, keçiddə avtomobil və piyada hərəkəti qadağandır, "qatar gəlir" deməkdir. Qatar yoxdursa, ya svetofor sönməlidir, ya da svetoforda ağ işıq yanmalıdır. Amma bizim keçidlərdəki işıqforlar ya heç vaxt işləmir, ya da günlərlə qatar olmasa da, qırmızı işığı yanıb-sönür".
Ə.Hüseynov bildirib ki, həmin keçiddə 2.5 nişanı yoxdur və stop-xətt də çəkilməyib. Bu iki tənzimləmə vasitəsi çox vacibdir. Ən intizamsız sürücü də onları görəndə daha diqqətli olur:
"Hadisə yerindən ilk çəkilən fotolardan görünür ki, həmin keçiddə şlaqbaum adına bir sarı taxta parçası var (hadisədən sonra onu boyayıb qaydaya salmağa cəhd ediblər, amma yenə də yetərli deyil). Amma şlaqbaumun qanunda dəqiq qeyd edilən rəng tərtibatı var (növbləşən ağ və qırmızı rəng, ortada qırmızı dairə, özü də bunlar hamısı işıqqaytarıcı olmaqla).
Hadisə baş verən yerdə olanlar deyirlər ki, bu sarı taxtadan olan şlaqbaum da düz-əməlli işləmirmiş (hadisə anının qeydə alındığı videoda onun bağlı olması görünmür).
Keçidin ərazisində və dəmiryolun mühafizə zonasında tikili var. Həmin yaxınlaşan qatarın görünməsini ciddi surətdə məhdudlaşdırır. Xatırladıram ki, dəmiryolun mühafizə zonasında tikintiyə icazə vermək və tikinti aparmaq cinayətdir. (CM-in 222-2-ci və 314-2-ci maddələri). Detallar araşdırılsa, xeyli başqa qüsurlar da görünər".
Ə.Hüseynovun sözlərinə görə, bir neçə il əvvəl Lökbatanda da keçiddə sərnişin avtobusu ilə qatar toqquşmuşdu. Belə hadisələrdə intizamsız avtobus sürücləri ilə yanaşı, dəmiryol işçiləri də məsuliyyət daşıyırlar:
"Xatırladıram ki, dəmiryol keçidlərinin qeyd etdiyim qaydada təchizatı dəmiryol idarəsinin vəzifəsidir. Amma bu təchizatın yerində və qaydasında olmasına nəzarəti DYP və avtomobil yolunun sahibi də etməlidir.
Çox təəssüf ki, belə sistemli məsuliyyətsizlik faciələrə gətirib çıxarır".
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO