Azərbaycan İdeyası

Qazdan boğulma hallarına qarşı mübarizə başlanıldı - "Azəriqaz"

Tarix:8-11-2018, 14:52
Baxış Sayı:253

 Qazdan boğulma hallarına qarşı mübarizə başlanıldı - "Azəriqaz"



"Azəriqaz" İstehsalat Birliyi dəm qazından boğulma hallarının qarşısını almaq üçün abonentlər arasında maarifləndirmə işlərinə başlayıb.
Korrupsiya-q.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.
Onun sözlərinə görə, qurum əməkdaşları yeni qazlaşdırılan yaşayış məntəqələrində abonentlərlə yeni müqavilə bağlayarkən onlara həmçinin maarifləndirici bukletlər paylayır: "Həmçinin "Azəriqaz" digər qurumlarla birgə də tədbirlər keçirir, əhalinin sıx olduğu yerlərdə, meydanlarda xüsusi maarifləndirici proqramların asılmasına, elanların yazılmasına başlanılıb. Dəm qazından istifadə qaydalarına riayət etməmək bu cür bədbəxt hadisələrə səbəb olur".
Birlik rəsmisi vurğulayıb ki, təbii qazla işlədilən su qızdırıcısı quraşdırılan zaman vanna otaqlarının həcmi standartlara cavab verməlidir: "Vanna otağının həcmi 7,5 kubmetrdən, hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır, qapı çölə açılmalı və qapının aşağı hissəsində xüsusi formalı nəfəsliklər olmalıdır. Ən əsası isə vanna otağının tüstü bacası ildə iki dəfə təmizlənməlidir". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb