Azərbaycan İdeyası

Deputatın böyük oğlu İsveçrədə ölən qardaşını gətirməyə getdi

Tarix:24-01-2019, 13:39
Baxış Sayı:215

  Deputatın böyük oğlu İsveçrədə ölən qardaşını gətirməyə getdi


Milli Məclisin deputatı Əsabil Qasımovun dünən İsveçrədəki qış turizm mərkəzində xizək sürərkən qəzaya uğrayan oğlunun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş görülür.
Bu barədə Modern.az-a Milli Məclisin deputatı Əsabil Qasımovun yaxınları məlumat verib.
Bildirilib ki, deputatın 29 yaşlı oğlu Elçin Qasımovun nəşinin Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlarla iş aparılır.
“Artıq Əsabil Qasımovun böyük oğlu Taleh Qasımov cənazənin gətirilməsi üçün İsveçrəyə yola düşüb. Mərhum Elçin Qasımovun nəşinin bu gün axşam saatlarında Azərbaycana gətirilməsi gözlənilir”.
Mərhumun 3 və 7 mərasiminin harada və nə zaman keçiriləcəyi barədə isə hələ ki tam məlumat yoxdur.
Xatırladaq ki, deputatın oğlu Elçin Qasımov İsveçrədə xizək qəzasına düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.
Qeyd edək ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb