Türkiyənin İstanbul şəhərindən Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu Gürcüstan sərhədində qəzaya uğrayıb.
Korrupsiya-q.az xəbər verir ki, avtobus sərnişinlər Gürcüstan sərhədində endikdən sonra iritonnajlı yük maşını ilə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
50 nəfərə qədər sərnişin Gürcüstan-Azərbaycan sərhədində neytral zonada altı saatdan çox gözləməli olub. Altı saat sonra problem həll olunub və hazırda avtobus Bakı istiqamətində hərəkət edir.
[xfgiven_embed] [/xfgiven_embed]
[xfgiven_youtube][/xfgiven_youtube]