Azərbaycan İdeyası

8 nəfərin öldüyü qəza ilə bağlı DƏHŞƏTLİ FAKT ÜZƏ ÇIXDI: demə, sürücünün ailə üzvləri yolda düşüb ki...

Tarix:10-07-2019, 16:16
Baxış Sayı:188


Dünən Masallıda 8 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza barədə yeni detallar ortaya çıxıb.

Yük maşını ilə toqquşan "Mercedes Vito” markalı mikroavtobusun sürücüsü Elvin Zeynalov yol boyu maşını hədsiz yüksək sürətlə idarə edirmiş. Hətta yolda bununla bağlı ailə üzvləri ilə belə mübahisə edib.

Bu barədə saytımıza məlumat verən şəxs deyir ki, 8 nəfərin ölümünə səbəb olan sürücü Elvin Zeynalovun atası da bu işlə məşğuldur. Onların ikisi də - ata-oğul rayondan Bakıya sərnişin daşımaqla məşğul olur.

Bildirilir ki, Elvin Zeynalovun dəhşətli qəzanı törətdiyi gün rayondan yola çıxarkən onun ailə üzvləri də mikroavtobusda imiş. E.Zeynalovun həyat yoldaşı, övladı və bacısı yolda onun idarə etdiyi maşını tərk edib və onunla Bakıya gəlməkdən imtina edib.

Mənbə deyir ki, Astara-Bakı yolundakı "Hacıoğlular" restoranında çay fasiləsinə dayanan E.Zeynalovun ailə üzvləri onun maşını tərk edib və arxadan gələn atasının idarə etdiyi mikroavtobusa keçiblər. Buna səbəb isə E.Zeynalovun maşını yüksək sürətlə idarə etməsi olub. Ağır qəzanı törədən sürücünün ailə üzvləri onun maşını çox sürətlə idarə etdiyi barədə atasına şikayət ediblər və onunla getmək istəmədiklərini bildirib, atanın maşınına əyləşiblər.

E.Zeynalov isə yenə də mikroavtobusu yüksək sürətlə sürməyə davam edib və bir müddət sonra dəhşətli qəza baş verib.

E.Zeynalovun dayandığı restoranda onlarla bərabər çay içən digər sürücülər də onun maşınından düşüb atasının maşınına keçən ailə üzvlərinin yüksək sürətdən şikayətdən etdiklərini eşitdiklərini bildirib. (Bakupost.az) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO