Azərbaycan İdeyası

Söyüşə görə gül satanı bıçaqlayan şəxsə hökm oxundu

Tarix:11-11-2015, 14:58
Baxış Sayı:414

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirli bilinən Rauf Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Korrupsiya və Qanun" qəzetinin məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror məhkəmədən Rauf Abbasovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Təqsirləndirilən şəxsin vəkili çıxışında Rauf Abbasovun birinci dəfə cinayət törətdiyini, zərərçəkən tərəflə barışıq əldə edildiyini bildirib. Vəkil çıxışında müdafiə etdiyi şəxsin şərti azadlığa buraxılmasını istəyib.
Hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan kollegiya hökm oxuyub. Hökmə əsasən, Rauf Abbasov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il aprelin 25-də Yasamal rayonu "Sovetski" adlanan küçədə baş verib. Gül satışı ilə məşğul olan Əjdər Ağadadaşov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rauf Abbasov saxlanılıb. O, törətdiyi cinayəti etiraf edib. Rauf Abbasov ilkin ifadəsində hadisəni söyüş üstündə tödətdiyini bildirib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb