Azərbaycan İdeyası

"Yeganə" də tüstüdən zəhərlənənlərin sayı 19 nəfərə çatdı - VİDEO (FOTOLAR) - YENİLƏNİB

Tarix:20-07-2019, 11:00
Baxış Sayı:172

KORRUPSİYA-Q.AZ

Şirvanda toy məclisində baş vermiş insidentlə bağlı hadisə yerinə polis əməkdaşları, kriminalist ekspertlər cəlb olunub. Kütləvi zəhərlənməyə səbəb olmuş vasitələrdən nümunələr götürülüb.

Unikal.org xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsindən apa-ya verilən məlumata görə, yaralıların sayı 19 nəfərdir. Onlardan 13 nəfəri qadın, ikisi isə azyaşlıdır.

Hazırda zəhərlənmiş şəxslərə Şirvan və Hacıqabul xəstəxanalarında tibbi yardım göstərilir.

22:03

xxx

Şirvanda toy mərasimi zamanı tüstüdən zəhərlənənlərin sayı artıb.

Unikal.org xəbər verir ki, hazırda xəstəxanaya 14 nəfər yerləşdirilib.

Onların "Yeganə" şadlıq sarayında istifadə edilmiş tüstü yayan pirotexniki vasitədən zəhərləndiyi deyilir.

21:08

xxx

Şirvan şəhərində kütləvi zəhərlənmə olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib.

Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktın təfərrüatları araşdırılır.




OXŞAR XƏBƏRLƏR
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib - FOTO
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib - FOTO
Ərdoğandan sərt xəbərdarlıq: Bazarın sabitliyini pozanlar məsuliyyət daşıyacaqlar
Ərdoğandan sərt xəbərdarlıq: Bazarın sabitliyini pozanlar məsuliyyət daşıyacaqlar
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Qızılın qiyməti son ayların ən aşağı səviyyəsinə düşdü
Qızılın qiyməti son ayların ən aşağı səviyyəsinə düşdü
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
Bakının iki rayonunda işıqlar sönəcək
Bakının iki rayonunda işıqlar sönəcək