Azərbaycan İdeyası

Bakıda avtoxuliqanlıq edən 2-ci qrup əlil saxlanıldı - Foto

Tarix:5-08-2019, 11:00
Baxış Sayı:196

KORRUPSİYA-Q.AZ

Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.
Bakıda avtoxuliqanlıq edən 2-ci qrup əlil saxlanıldı - Foto
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Ağdam rayon sakini Əliyev Loğman Ramiz oğluna 99 SP 502 dövlət qeydiyyat nişanlı “İnfiniti FX 35” markalı avtomobillə hərəkətdə olan zaman yol polisləri tərəfindən ona saxla işarəsi verilib.

Amma sürücü nəqliyyat vasitəsini saxlamayaraq hərəkətini davam etdirib. Bu zaman sürücü avtoxuliqanlıq hərəkətləri edərək ictimai qaydanı və əhalinin dincliyini pozaraq dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Sürücü saxlanılan zaman məlum olub ki, o avtomobili idarə etmək hüqüqu olmadan sükan arxasına keçib.



Sürücü barəsində Dövlət Yol Polisi Şöbəsində inzibati protokol tərtib edilib və toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarına əsasən Loğman Əliyev İnzibati Xətalar Məcəlləsinin 511.1 (avtoxuliqanlıq) və 332.2 (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddələrinə 1 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunub və 500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, avtoxuliqanlıq edən L.Əliyevin ikinci qrup əlil olduğu və etdiyi hərəkətdən səmimi peşmançılıq hissi keçirdiyi nəzərə alınaraq barəsində məhkəmə tərəfindən inzibati qaydada həbs qərarı çıxarılmayıb.








[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO