Azərbaycan İdeyası

SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın başladı, FHN havaya helikopter qaldırdı Ekologiya 22 Avqust 2019 10:25 1 133 Baxış

Tarix:22-08-2019, 12:55
Baxış Sayı:159

Dünən gecə saatlarında Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında çətin keçilən yüksək dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşlarının və yerli əhalinin səyləri nəticəsində əsasən əl əməyindən istifadə olunmaqla lokallaşdırılıb, ətrafa yayılmasının qarşısı alınıb.
Yanğının əhatə etdiyi ərazi hündür və sərt yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin aviasiya dəstəsinin helikopteri də cəlb olunub. Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Korrupsiya-q.az xəbər verir ki,bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nazir müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamsında deyib.
Onun sözlərinə görə, yanğınların böyük əksəriyyəti insanların səhlənkarlığı, odla ehtiyatsız davranışı səbəbindən, bəzi hallarda isə qəsdən törədilir. "Biz belə halların baş verməməsi, günahkar şəxslərin qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik".
Nazir müavini qeyd edib ki, kimlərinsə səhlənkarlığı, etinasızlığı, odla ehtiyatsız davranması nəticəsində iki gündür ki, Hirkan Milli Parkının və Yardımlı rayonunun yüksək dağlıq meşə ərazilərində isti havada gecə-gündüz alovun qarşısına çıxıb əl əməyindən və mümkün olan bütün vasitələrdən istifadə etməklə yanğınların söndürülməsinə çalışırıq.
"Amma biz meşələrimizin qədrini bilməyənlərə örnək olmaq üçün yanmış sahələrə payız mövsümündə ərazilərə uyğun meşəcinsli ağaclar əkəcəyik, hətta çalışacağıq ki, qonşu kəndlərin sakinlərini də ağac əkilməsinə cəlb edək. Bəlkə bundan sonra onlar əkdikləri ağacları, meşələri bizimlə birgə qorumağa başlayarlar. ETSN olaraq yanğının söndürülməsində yaxından iştirak edən hər bir sakinə, hər bir vətəndaşa təşəkkür edirik. Havaların isti və quraq keçməsi ilə əlaqədar hər kəsi meşə sahələrinə, təbiətə münasibətdə həssas olmağa çağırırıq".


SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın başladı, FHN havaya helikopter qaldırdı Ekologiya 22 Avqust 2019 10:25 1 133 Baxış [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb