Azərbaycan İdeyası

Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb

Tarix:18-09-2019, 12:46
Baxış Sayı:116



Ötən həftə Bakıda vertolyot qəzası baş verib.
Korrupsiya-q.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yerləşən "Naftalan" istirahət mərkəzinin üst tərəfində kiçik aerodromda qeydə alınan hadisə zamanı pilot ağır xəsarət alıb. Məlumatda bildirilir ki, təlim helikopteri bir neçə dəfə qalxıb enmə hərəkətləri edib. Sonuncu hərəkət zamanı helikopter idarəetmədən çıxaraq yanı üstə yerə çırpılıb. Nəticədə ağır qəza baş verib. Parça-parça olan helikopterin təxminən 5 tona yaxın yanacağı isə "Naftalan" istirahət mərkəzinin ərazisindən axaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyə qədər gəlib. Hadisə yerinə Fövqəladə Hallar və Müdafiə Nazirliyinin əməkdaşları gəlib. Helikopterin hansı nazirliyə aid olduğu barədə dəqiq məlumat yoxdur. Bildirilir ki, həmin aerodroma həm Fövqaladə Hallar, həm də Müdafiə Nazirliyinin helikopterləriı tez-tez eniş edir.
Xatırladaq ki, pilot helikopterdə təlim keçirmiş. Xoşbəxtlikdən helikopterin pəri yaxınlıqda olan yüksək gərginlikli elektrik xətlərinin yanında düşsə də ciddi problem yaratmayib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO