Azərbaycan İdeyası

Yanıb külə dönmüş 12 yaşlı Firuzənin anası: "28 yaşlı idman müəlliminin evində idim" - VİDEO

Tarix:16-10-2019, 14:41
Baxış Sayı:112



Binəqədidə yaşadığı evdə yanıb külə dönmüş 12 yaşlı Firuzənin ölümündə qonşular anasını günahlandırır. Yanğın zamanı uşaq evdə tək, sahibsiz olub. Qonşuların sözlərinə görə, yüngül həyat tərzi keçirən ana mütəmadi olaraq gecələr evə gəlməyib və həmin gecə də evdə olmayıb. Uşağı gecə saat 2-də yanıb külə dönən ananı polislər səhər saat 9-da tapıb gətiriblər. Ana tapılarkən Masazırda başqa bir kişi ilə bərabər olub.
BAKU.WS xəbər verir ki, Firuzənin anası Zəminə Allahverdiyeva Zaur Baxşəliyevin "Bizimləsən" proqramında yanğın baş verən gecə Masazırda yaşayan 28 yaşlı Nail adlı idman müəlliminin evində olduğunu deyib:
"Uşağa dərman almağa pulum yox idi. İdman müəllimi var, tanışdır. Ondan borc pul istədim. Oğlumun oxuduğu məktəbdə işləyir. İşlədiyim marketdə tanış olmuşuq. Gecə işdən çıxıb onun evinə getdim. Onunlaa 1 stakan çay içdim. 1 saata yaxın evində oldum. Mənə 15 manat verdi".
Qeyd edək ki, Firuzənin atası Qabil bəy, nənəsi Tamara xanım və əmisi Vüsal bəy Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında onun qəsdən öldürüldüyünü, izi itirmək məqsədilə cəsədinin yandırıldığını iddia ediblər. Onlar Firuzənin seksual təcavüzəı qaldığını və izi itirmək məqsədilə öldürüldüyü iddia edirlər.
Xatırladaq ki, hadisə 29 sentyabrda Binəqədi rayonunda gecə saat 2 radələrində baş verib. Yanğın baş verən zaman Firuzə yatmış vəziyyətdə olub. Onun hərəkətsiz bədəninin çox hissəsi külə dönüb.
Yaşadığı mənzildə tək olan Firuzənin yanmasından əvvəlcə qonşular xəbər tutub və FHN-ə məlumat veriblər. Qonşular və yanğınsöndürən briqada evə gələrkən uşaq artıq külə dönübmüş.
Firuzənin valideynləri boşanma ərəfəsində olublar. 9 aydır ayrı yaşayırlar.

Yanıb külə dönmüş 12 yaşlı Firuzənin anası: "28 yaşlı idman müəlliminin evində idim" - VİDEO
Yanıb külə dönmüş 12 yaşlı Firuzənin anası: "28 yaşlı idman müəlliminin evində idim" - VİDEO
Yanıb külə dönmüş 12 yaşlı Firuzənin anası: "28 yaşlı idman müəlliminin evində idim" - VİDEO [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı