Azərbaycan İdeyası

Toyunda kütləvi zəhərlənmə olan bəy danışdı: “Həyat yoldaşımın vəziyyəti pisdir”

Tarix:18-11-2019, 16:00
Baxış Sayı:120

Bakıda “Şahənşah” restoranında baş vermiş zəhərlənmə ilə bağlı bəzi təfərrüat məlum olub
Toyu olan Elvin Şəmsəddin oğlu Məhəmmədov Oxu.Az-a bildirib ki, toyda 50 nəfərə yaxın adam zəhərlənib:
“Toydan sonra bizimlə əlaqə saxlayan qohumlar özlərini yaxşı hiss etmədiklərini bildirdilər. Daha sonra xəstəxanada olduqlarını eşitdik. Hamısının da qidadan zəhərləndikləri deyilir. Toydan sonra həyat yoldaşımın, mənim və ailə üzvlərimin də vəziyyəti çox ağırdır. Həyat yoldaşım hələ də özünə gəlməyib.” E.Məhəmmədov onu da bildirib ki, qohumlardan hələ də xəstəxanada yatanlar var:

“Ən çox uşaqlara görə narahat olmuşuq. Dörd yaşlı qızın vəziyyəti daha ağır olub. Dostlarım da özlərini pis hiss edir. Restorandan bizə deyirlər ki, “bizdə qidadan zəhərlənmə ola bilməz.” Gəlinin anası və bacısı hələ də qızdırma içindədir. Qohumlarım üçün çox narahatam.”

Qeyd edək ki, toy noyarın 13-ü “Şahənşah” şadlıq sarayında keçirilib. Toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Zəhərlənənlər arasında uşaqlar da olub.

OXŞAR XƏBƏRLƏR
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ
Bu gün Yel çərşənbəsidir
Bu gün Yel çərşənbəsidir
Kredit borcu olanların NƏZƏRİNƏ
Kredit borcu olanların NƏZƏRİNƏ
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür