Azərbaycan İdeyası

Bakıda saxta içki qurbanlarının sayı artır: Daha bir nəfər öldü

Tarix:30-12-2019, 10:38
Baxış Sayı:103


Hacıqabul sakininin Bakıda içdiyi viski ölümə səbəb olub.
Korrupsiya-q.az xəbər verir ki, ölüm hadisəsi Hacıqabul rayonunun Nəvahi kəndində qeydə alınıb.
İlkin araşdırmaya görə, rayon sakini 1993-cü il təvəllüdlü Qurbanov Ülvin Fikrət oğlu qohumu Baxışov Rahil Fazil oğlu ilə birlikdə dekabrın 21-də Bakı şəhəri, Tibilisi prospektində yerləşən “Baku City” restoranında qida və içki qəbul edib. Orda Ü.Qurbanov “Chivas” markalı viskidən 0,5 litirdən bir qədər artıq həcmdə qəbul edib. Daha sonra o, restoranı tərk edərək yaşadığı Hacıqabul rayonu, Nəvahi kəndinə qayıdıb. Ü.Qurbanov yaxın qohumlarına başında kəskin ağrıların olmasını bildirdikdən sonra axşam saatlarında Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Xastəxanaya “naməlum mənşəli kamatoz vəziyyətdə” daxil olan Ü.Qurbanova tibbi yardım göstırilməsinə baxmayaraq, vəziyyəti daha da ağırlaşıb. O, təcili tibbi yardım maşını ilə Bakıya aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, metanoldan ilk zəhərlənən Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin böyük müstəntiqi, baş leytenant Sərxan Bayramov “Baku Voice Rooms” restoranında dostu Cəlal Həmzəyevlə dincəlib. Burada onlar bir az spirtli içki içib, sonra Tbilisi prospektində yerləşən “Bakı city” restoranına gediblər, oradan isə müxtəlif tibb müəssisələrində xəstəxanaya yerləşdiriliblər.
Polis dekabrın 23-də vəfat edib, dostu isə tamamilə kor olub və hazırda Toksikologiya Mərkəzindədir.
Məlum olub ki, gənclər texniki spirtdən hazırlanmış saxta viskidən zəhərləniblər.
Tovuz sakini Mustafa Mustafayev dekabrın 24-ü Səbail rayonunda restoranda metanol tərkibli içki qəbul edəndən sonra ölüb.
Daha sonra “spirtli içki zəhərlənməsi” diaqnozu ilə daha dörd nəfər: Sənan Teymurov, Elvin Teymurov, Nurlan Nəbiyev və 23 yaşlı Sumqayıt sakini İsmayılov Elmin İsgəndər oğlu xəstəxanaya yerləşdirilib. Sonuncu, Bakının Babək prospektində yerləşən “Piano” restoranında içdiyi ucuz viskidən zəhərlənib.
Dekabrın 26-da Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.4 və 314.2-ci maddələri ilə kütləvi zəhərlənmə faktları ilə cinayət işi açıldığı barədə birgə məlumat yayıblar. İstintaqı Bakı şəhər prokurorluğu aparır.
Araşdırma zamanı “Baku City” restoranının müdiri Füzuli Alıyev və Xəyal Cəfərovun “Chivas Regal 12” markalı viskini “Everest” restoranında ucuz qiymətə satdıqları məlum olub. Sərxan Bayramov və Mustafa Mustafayev bu içkini içdikdən sonra ölüblər.
Dekabrın 28-i saat 17:50-də 23 yaşlı Bakı şəhər sakini Həsənov Xudaverdi Həsən oğlu Bakı şəhəri Səbail rayonu, Natəvan küçəsində yerləşən barların birindən tibb müəssisəsinə aparılıb. Ona “metil spirtindən kəskin oral zəhərlənmə” diaqnozu qoyulub.
Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında aparılmış “Chivas Regal 12” nümunəsinin təhlili nəticəsində güclü zəhərli təsir göstərən metil spirtinin tərkibinin icazə verilən normadan (76,6%) dəfələrlə çox olması səbəbindən içkilərin sağlamlıq üçün təhlükəli olduğu müəyyən edilib.
Füzuli Alıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1 və 314.2 maddələri, Xəyal Cəfərov isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda istintaq istehlakçıların həyatı və sağlamlığı üçün təhlükəli olan surroqat spirtli içki istehsalı və marketinqi üçün məsul olanların hamısının məsuliyyətə cəlb edilməsi üçün işləyir.
Dekabrın 27-də Bakıda Baş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bir neçə gizli surroqat spirtli içki istehsalı emalatxanası aşkar ediblər. Dələduz-istehsalçıların həyat üçün təhlükəli spirtli içkini, əsasən, restoranlara, barlara və klublara verdikləri müəyyən edilib.
Metanoldan zəhərlənənlərin siyahısına əsasən aydın olur ki, cinayətkarlar paytaxtın mərkəzi rayonlarındakı bir çox iaşə müəssisəsinə və əyləncə məkanlarına məhsul göndəriblər. Surroqat məhsullar hələ də satışdan tamamilə yığışdırılmayıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı