Главная > Hadisə > Yaşasaydı 46 yaşı olacaqdı
Yaşasaydı 46 yaşı olacaqdı21-07-2016, 10:57. Разместил: Məmmədova Sahibə |
![]() Bu gün "Bakılı oğlanlar" komandasının kapitanı, mərhum Anar Məmmədxanovun ad günüdür. Dunyapress.com-un məlumatına görə, mərhumun 46 yaşı tamam olur. İctimai xadim 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1992-ci ildə oranı bitirib. 1992, 1993, 1995-ci illərdə "Şən və Hazırcavablar" Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü seçilib. 1991-ci ildən "Bakı Şən və Hazırcavablar" Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub. Bitərəf kimi birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 23 Aprel 2011-ci ildə vəfat edib. Evli idi, 3 övladı yadigar qalıb. Вернуться назад |