Главная > Hadisə > Rusiyada azərbaycanlı sürücünün başını yardılar

Rusiyada azərbaycanlı sürücünün başını yardılar


10-01-2019, 17:08. Разместил: Xuraman Quliyeva
  Rusiyada azərbaycanlı sürücünün başını yardılar


Rusiyanın Kazan şəhərində taksi sürücüsü olan 41 yaşlı Azərbaycan vətəndaşını döyən şəxs saxlanılıb.
Korrupsiya-q.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə yanvarın 4-də Mavlyutova küçəsində baş verib.
“Naməlum şəxs tərəfindən döyülən Azərbaycan vətəndaşı açıq kəllə-beyin travması və boyun sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib. Polis hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı digər taksi sürücüsünü yaxalayıb. Məlum olub ki, o, aralarında baş verən mübahisədən sonra azərbaycanlıya başından xəsarət yetirib”, - Kazan polisindən bildirilib.
Faktla bağlı sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
Вернуться назад