Azərbaycan İdeyası

Oxu.Az ön cəbhədə: Yaşlı Ağdam sakini erməni təxribatı ilə ölümdən son anda qurtuldu - FOTO/VİDEO

Tarix:15-07-2020, 15:20
Baxış Sayı:140


İyulun 12-14-ü tarixlərində Ermənistan ordusunun intensiv artilleriya atəşlərinə məruz qalan Tovuz rayonunun Ağdam kəndinin əhalisi arasında ruh yüksəkliyi, mübarizə əzmi var.
Ayaz Orucovun evi şiddətli döyüşlərin getdiyi bölgənin düz ortasında yerləşir.
Onun evi iyulun 14-də Ermənistanın artilleriya atəşi nəticəsində zərər görüb.
Oxu.Az-ın cəbhə xəttinə ezam olunan əməkdaşı ev sakinləri ilə söhbətləşib.
Evin ağbirçəyi Xuraman Orucova deyir ki, iyulun 14-də həyətlərinə mərmi düşən zaman özü də xəsarət alıb.
Həyətə mərmi düşərkən Xuraman nənə üzüüstə yıxılıb, xoşbəxtlikdən ağır xəsarətlər almayıb.
Qarşısındakı divar maneə rolunu oynayaraq, onu qəlpələrdən qoruya bilib.
Xuraman nənə deyir ki, təhlükələrə baxmayaraq, qəti qorxmurlar və heç zaman yaşadıqları evi tərk etmək barədə düşünməyiblər.
Xuraman nənə Azərbaycan dövlətinə, Ordusuna, hərbçilərimizə güvəndiyini bildirib.
Pərviz Qasımovun da evi artilleriya atəşləri zamanı zərər görüb. Onun anası Rəna Rəsulova bildirir ki, vəfat edən əri hərbçi olub.
Rəna xanım Azərbaycan dövlətinə, Ordusuna inamını da ifadə edib. O bildirir ki, bir an da kəndi tərk etmək barədə düşünməyib.
Hazırda kənddə həyat öz axarı ilə davam edir.




[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb