Azərbaycan İdeyası

Böyük Mərcanlı həsrəti: “Qürurluyuq, ümid edirik ki, tez zamanda torpaqlarımıza qayıdacağıq” - FOTO

Tarix:28-09-2020, 11:28
Baxış Sayı:102


“Ümid edirəm ki, tezliklə öz dədə-baba yurdumuza qayıdacağıq”
Bu sözləri Oxu.Az-a Modern.az saytının baş redaktoru Əfqan Qafarlı ötən gün Azərbaycan Ordusunun keçirdiyi əks-hücum nəticəsində işğaldan azad edilən kəndlər barədə təəssüratlarını bölüşərkən deyib.
Azad olunan kəndlər arasında olan Cəbrayılın Böyük Mərcanlı kəndindən olan Ə.Qafarlı hisslərini sözlə ifadə edə bilmir:
“Azərbaycan Ordusu bizi qürurlandırır. Ötən gündən bəri hər kəs kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. Hərbiçilərimiz çox böyük qəhrəmanlıqla bir neçə kəndi işğaldan azad etdi. Mən özüm Böyük Mərcanlı kəndindən olduğum üçün əraziləri çox yaxşı tanıyıram. Böyük Mərcanlı kəndi ilə Cocuq Mərcanlı kəndi arasında Arazboyu ərazilərdə daha iki kənd – Çaxırlı və Mehdili yerləşir.
Ordumuzun keçirdiyi uğurlu əks hücum nəticəsində tək Cəbrayıllıların yox, bütün Azərbaycanın sevincinə səbəb olub. Bu bizim qələbəmizdir. İnsan hisslərini gizlədə bilmir. O torpaqlar bizim dədə-babalarımızın yurdudur. Orada hər birimizin əzizlərinin qəbirləri var. Arzumuz odur ki,tez bir zamanda torpaqlarımıza gedək və o yerləri ziyarət edək”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb