Azərbaycan İdeyası

MN: "Düşmən iki-üç qat artıq döyüş itkisi verir"

Tarix:18-12-2015, 15:47
Baxış Sayı:413

MN: "Düşmən iki-üç qat artıq döyüş itkisi verir"




Erməni tərəfi cəbhədə hər döyüş toqquşmasında iki-üç qat artıq döyüş itkisi verir.
"Korrupsiya və Qanun" saytının aldığı məlumata görə Milli.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.
Nazirlik bəyan edir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin xüsusi hazırlıq keçmiş təxribat dəstələrinin cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizə basqın etmək cəhdlərinin qarşısı Azərbaycan əsgəri tərəfindən qətiyyət və uğurla alınır:
"Hər dəfə canlı qüvvə sarıdan iki-üç qat döyüş itkisi verən düşmən tərəf höcət məxluq kimi eyni palçığa dəfələrlə batmaqdan bezmir. İkrah doğurucu isə odur ki, xeyli sayda itkilərini gizlətdiyi halda, uğursuzluğa düçar olduğunu ört-basdır etməkdən ötrü dərhal Ermənistanın Müdafiə Nazirliyi əvvəlcədən eyni ssenari əsasında hazırlanmış yalan xəbərləri yaymaqdan belə çəkinmir.
Azərbaycan əsgərinin cəsarəti, igidliyi və silahının gücü hesabına düşmən həmişə olduğu kimi, yenə də layiq olduğu cavabı alacaq, ona qarşı daha ciddi tədbirlər görüləcək, sarsıdıcı zərbələr endiriləcəkdir. Erməni tərəfi torpaqlarımızı tərk etməli olduğunu anlayana qədər itkilərə məruz qalacaqdır". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO