Azərbaycan İdeyası

Şəhidimiz dəfn edildi

Tarix:4-02-2016, 17:06
Baxış Sayı:364

Şəhidimiz dəfn edildi



Fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində Yevlax şəhərindən olan hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.
Məlumata əsasən bu gün İmran Mirzəyevin nəşi doğulduğu Yevlax şəhəri Aran qəsəbəsinə gətirilib və ailə üzvlərinə təhvil verilib.
Saat 12.00-da şəhidlə vida mərasimi keçirilib və ailə üzvlərinin, şəhər ictimaiyyətinin iştirakı ilə dəfn olunub. Mərasimdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, Müdafiə Nazirliyinin əməkdaşları, Yevlax hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidin əsgər yoldaşları iştirak ediblər.
Onu da əlavə edək ki, Mirzəyev İmran Xudaverdi oğlu 1996-ci ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olub. 2014-cü ilin oktyabr ayında Yevlax şəhər Hərbi komissarlığından hərbi xidmətə çağırılıb.
Müdafiə Nazirliyinin rəhbərliyi, Yevlax şəhər İcra Hakimiyyəti başçısı şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib. (lent.az) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO