Azərbaycan İdeyası

Yaxın aylarda Qarabağda müharibə başlayır?

Tarix:4-07-2016, 21:58
Baxış Sayı:413

Yaxın aylarda Qarabağda müharibə başlayır?
"Ola bilər ki, Minsk Qrupu və xüsusən də Rusiya Ermənistana 1-2 rayonu Azərbaycana qaytarmaq barədə təzyiq göstərsin”

"Azərbaycan və Ermənistan arasında baş tutan diplomatik görüşlərdə Qarabağ münaqişəsi ətrafında ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri zəif idi. Lakin aprel hadisələrindən sonra Azərbaycanın bəzi əraziləri azad etməsi diplomatik prosesdə yeni mərhələ başlatdı".

ANS PRESS-in məlumatına görə, bu fikirləri İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan yerli mətbuata müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, ölkə rəhbərlərinin görüşlərində Dağlıq Qarabağın statusuna dair hər hansı məsələnin müzakirəsi olmayıb:

“Şəxsən mən hesab edirəm və çox güman ki, Azərbaycan yenidən Ermənistana hücum edəcək. Ancaq ola bilsin ki bu daha kiçik miqyasda və daha az intensivliklə olacaq. Azərbaycan ancaq diplomatik prosesə tam şəkildə qayıtmaqdan daha çox istənilən halda problemin hərbi həlli yolunu tapmağa çalışacaq. Ehtimal ki, Azərbaycanın bu hücumu yaxın aylarda olacaq. Onları bu hücumdan heç nə saxlaya bilməz. Rusiya, ABŞ və Fransa kimi güclü dövlətlərin həmsədrlik etməsinə baxmayaraq Minsk Qrupunun imkanları məhduddur, onların münaqişənin özünə və münaqişə tərəflərinə çox az təsir rıçaqları var”.

"İşğal olunmuş ərazilərin böyük bir hissəsi Azərbaycana geri qaytarılacaq"

Politoloq bildirib ki, Azərbaycan bir və ya iki işğal edilmiş rayonun qaytarılması üçün yenidən çalışacaq. Çünki Azərbaycanın aprel döyüşlərində əsas məqsədi zəbt olunmuş ərazilərin geri qaytarılmasından daha çox Dağlıq Qarabağın özünə yönəlmişdi. Lakin bu 1-2 rayonu geri qaytarmaq o qədər də asan deyil. Ola bilər ki, Minsk Qrupu və xüsusən də Rusiya Ermənistana 1-2 rayonu Azərbaycana qaytarmaq barədə təzyiq göstərsin”, -deyə Kirakosyan əlavə edib.

Riçard Kirakosyan bildirib ki, burada Ermənistanın və Dağlıq Qarabağın istənilən halda birtərəfli güzəştlərə gedəcəyi ağlabatan deyil. Onun sözlərinə görə, işğal olunmuş ərazilərin böyük bir hissəsi zaman keçdikcə, Dağlıq Qarabağın statusu və təhlükəsizliyinə təminat müqabilində Azərbaycana geri qaytarılacaq:

"Ancaq bununla belə, Laçın (Laçın dəhlizi, həmçinin Laçın rayonu) və Kəlbəcər danışıqların predmeti ola bilməz. Təəssüf ki, bu gün Ermənistan və Dağlıq Qarabağ arasında tərəfdaş yoxdur. Rusiyanın siyasəti silah satmaqdan ibarətdir. Bununla belə bu gün Rusiya tərəfindən Azərbaycana Dağlıq Qarabağın Ermənistanın təhlükəsizliyi üçün real təhlükə olduğu bildirilir".

İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyanın Azərbaycan tərəfinin tezliklə işğal altında olan torpaqlara hücuma keçəcəyi barədə fikirlərini ANS PRESS-ə şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycan ordusu yüksək döyüş hazırlığında olsa da, ölkəmizin hələlik hücum etmək planı yoxdur. Onun sözlərinə görə, bu hücum ən azı prezidentlərin Paris görüşü olmayana qədər baş tutmayacaq:

“Bu görüşlərdə ilk dəfə olaraq sülh danışıqlarının çərçivə sazişi və fundamental prinsipləri razılaşdırılmalıdır. Bu proselər baş verməmiş müharibə olacağı ilə bağlı fikir söylənilməsi təxribatdır. Ermənistan tərəfi də yaddaşında saxlamalıdır ki, əgər danışıqlar nəticə verməsə və ermənilər torpaqlarımızı işğal altında saxlamağa davam etsələr müharibə ilə baş-başa qalacaqlar. Ancaq bu müharibənin zamnını Azərbaycan müəyyən edəcək, erməni politoloqu yox”.

Erməni politoloqun Laçın və Kəlbəcərin danışıqlar predmeti ola bilməyəcəyi barədə fikirlərinə isə Qabil Hüseynli belə münasibət bildirdi: “Bu həyasızlığın ən yüksək formasıdır. Ermənistan tərəfi hansı haqla Laçın və Kəlbəcəri geri qaytarmaya bilər?. ABŞ, Almaniya və Rusiya kimi böyük dövlətlər işğal edilmiş 7 rayondan erməni qoşunlarının çıxarılmalı olduğunu deyir. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu ətrafında danışıqlar prosesi başlaya bilər. Ona görə də, bu fikirlər qəbuledilməzdir”.

Politoloq onu da bildirdi ki, son vaxtlar xüsusən ABŞ, Almaniya və bəzi Avropa dövlətləri (Fransa istisna olmaqla ) Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə başlayıblar. Buna səbəb isə həmin dövlətlərin Rusiyanın regiondakı mövqeyini zəiflətmək istəyidir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO