Azərbaycan İdeyası

"İyunda ermənilər bir neçə rayonu Azərbaycana qaytaracaq" - TARASOVDAN SENSASİON AÇIQLAMA

Tarix:24-01-2019, 14:53
Baxış Sayı:213

 "İyunda ermənilər bir neçə rayonu Azərbaycana qaytaracaq" - TARASOVDAN SENSASİON AÇIQLAMA


Detalların müzakirə edilmədiyi açıqlansa da, biz yetkin insanlarıq və başa düşürük ki, danışıqlar üçün konkret məsələ yoxdursa, danışmaq üçün heç bir şey yoxdur. Son aylar bu proses – bir neçə saat davam edən görüşlər – onu göstərir ki, ciddi müzakirələr gedir, konkret layihə üzərində “bazarlıq” gedir, bu layihə danışıqlar masasındadır.
Korupsiya-q.az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın “168 jam” qəzetinə açıqlamasında rusiyalı politoloq Stanislav Tarasov Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanarasında Davosda baş tutan görüşünü şərh edərkən deyib.
“Gözlərə baxın, İlham Əliyev sevincli görünür, Paşinyan isə məzlumdur. Paşinyan dəfələrlə Qarabağın danışıqlarda tərəf kimi göstərilməsindən danışıb, ancaq bunun üçün heç bir addım atılmayıb. Bu, o deməkdir ki, İlham Əliyev bu partiyada qələbə qazanır. Onlar hazırda etibar mexanizmlərindən danışırlar.
İstənilən ciddi, savadlı konfliktoloq bunu sizin üçün aydınlaşdıra bilər, hətta beynəlxalq münasibətlər fakültəsinin ikinci kurs tələbəsi sizə deyə bilər ki, münaqişələrin həlli prosesində tərəflər etibar mexanizmlərinin hazırlanmasından danışmağa başlayırlar, sülhdən yalnız müəyyən mərhələdə, daha doğrusu, üçüncü və ya dördüncü mərhələdə danışırlar.
İndi onlar üçüncü-dördüncü mərhələdən danışırlar, birinci mərhələni isə aydınlatmırlar. Qarabağsız münaqişənin həll edilməyəcəyini düşünən erməni politoloqlar və romantik ekspertlər görməlidir ki, bu, mümkündür”, - o əlavə edib.
Politoloqun fikrincə, iyunda Paşinyan və İlham Əliyev Qarabağla bağlı razılaşma imzalayacaq və bu sazişə əsasən, ermənilər bir neçə rayonu qaytarmalı olacaq.
Politoloqun sözlərinə görə, bununla Ermənistan-Türkiyə protokolları Türkiyə parlamentinə qaytarılacaq və bu sənəd ratifikasiya ediləcək, diplomatik əlaqələr qurulacaq, nizamlanmanın paket layihəsi peyda olacaq və “Paşinyanın istəyi yerinə yetəcək”.
“Azərbaycan bəyan edir ki, torpaqlar qaytarılmalıdır, Ermənistan tərəfi isə susur. Əgər Ermənistan tərəfi Azərbaycanla bu məsələni danışmasaydı, İlham Əliyev heç vaxt Paşinyanla belə söhbət etməzdi”, - Tarasov deyib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO