Azərbaycan İdeyası

“NƏYƏ GÖRƏ OĞLUNU QARABAĞDA XİDMƏTƏ GÖNDƏRMİSƏN?…” – AZƏRBAYCANLI JURNALİST PAŞİNYANIN ARVADINDAN SORUŞDU

Tarix:24-05-2019, 14:28
Baxış Sayı:192



Ermənistan baş nazirinin arvadı, “Haykakan jamanax” (“Erməni zamanı”) qəzetinin redaktoru Anna Akopyan Qazaxıstanda keçirilən XVL Avrasiya mediaforumu zamanı azərbaycanlı jurnalistlərdən birinin Qarabağ haqda sualları ilə üzləşib.
Azərbaycanlı jurnalist soruşub: nəyə görə Akopyan və onun keçmiş rejimə qarşı mübarizə aparan əri öz oğullarını Qarabağa hərbi xidmətə göndərib? Habelə soruşub ki, Paşinyanın mayın 9-da Şuşadakı hərəkətləri münaqişə tərəfləri arasında etimadın formalaşmasına nə dərəcədə imkan yaradır?
Bu zaman moderator jurnalistin sözünü kəsib, xahiş edib ki, bəyanat verməsin, sual versin.
“Mən detallara varmaq istəmirəm. Lakin biz münaqişə vəziyyətindəyik, müharibə başa çatmayıb, ona görə də bizim oğlumuz orduda xidmət edir”-Akopyan suala belə cavab verib. Əlavə edib ki, onun özü qadınların və anaların mövqeyindən çıxış edir.
Ermənistan baş nazirinin arvadı habelə münaqişəni danışıqlar masası arxasında nizamlamağa və insan həyatı bahasına başa gələn eskalasiyadan qaçmaq üçün bütün mümkün səyləri göstərməyə çağırıb.
“Ermənistan heç vaxt müharibəyə başlamayacaq”-Akopyan deyib. O, hərbi ritorikanın “Azərbaycan tərəfdən səsləndiyini” bildirib. Akopyanın fikrincə bir-birinə nifrət dayandırmaq çətindir, amma mümkün olmayan iş deyil. Bu kontekstdə Akopyan özünün “Qadınlar sülh naminə” təşəbbüsünü xatırladıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO