Azərbaycan İdeyası

Qarabağda bu tarixə kimi SAVAŞ GEDƏCƏK: Paşinyanın Azərbaycan torpaqlarında ŞOK PLANI

Tarix:12-06-2019, 12:51
Baxış Sayı:182




“Rəsmi İrəvanla separatçı rejim arasında gərginlik artmaqdadır. Çünki İrəvanda yeni hakimiyyətə gəlmiş fiqurlar çox istərdilər ki, separatçı rejimin başqa nümayəndələri onlara loyal olsun”.
Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi, sabiq diplomat Fikrət Sadıqov deyib.
Ermənistanda rəsmi İrəvan və Xankəndi arasındakı siyasi münaqişənin son durumu ilə bağlı danışan politoloq bildirib ki, iki siyasi elita arasında qarşıdurma ilk belə hal deyil: “Hətta Paşinyan hakimiyyətə gələndə çalışıb ki, Xankəndidə Bako Saakyana qarşı aksiyalar keçirsin, sadiq adamlarını ona qarşı qaldırsın və s. Təbii ki, Bako Saakyan keçmiş hakimiyyətin – Serj Sarkisyanın və Robert Koçaryanın adamıdır. Buna görə də Paşinyan çoxdan çalışır ki, onları göndərsin. Lakin Koçaryanın həbsdən azadlığa çıxmasından sonra bu istək ciddiləşməyə başlayıb. Paşinyan başa düşür ki, ona qarşı müəyyən dalğa qalxır. Zənnimcə, bu gərginlik daha da artacaq və baş nazir əlindən gələni edəcək ki, hətta 2020-ci il seçkilərinə qədər Qarabağ klanının rəhbərliyini dəyişdirsin. Hələlik isə Paşinyanın buna gücü yoxdur. Çünki o özü də o qədər möhkəm və stabil deyil. Ona qarşı məhkəmə strukturları tərəfindən müqavimət göstərilir. Digər dövlət strukturları onu dəstəkləmir. Belə getsə, bu qarşıdurma 2020-ci ilə qədər beləcə davam edəcək”.
Politoloq bildirib ki, Nikol Paşinyan Qarabağ klanını Azərbaycanla müharibəyə getməkdə ittiham etsə belə, separatçıların bu müharibə üçün o boyda imkanı yoxdur:
Paşinyan üçün sözünə baxan rejim lazımdır. Buna görə də hər vasitə ilə Saakyan hakimiyyətini uzaqlaşdırmaq üzərində işləyir. Ola bilsin ki, Qarabağda Azərbaycanla gərginliyin artmasında maraqlı olanlar var. Bunu açıq şəkildə bəyan edənlər də var. Bu isə Paşinyana müəyyən əsas verir ki, onları ittiham etsin. Bu o demək deyil ki, Paşinyan separatçıların Azərbaycana qarşı mövqelərindən narahatdır. Sadəcə olaraq bütün proseslərin nəzarəti altına keçməsini arzulayır. Kortəbii şəkildə deyil, təşkilatlanmış və nəzarətli şəkildə”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb