Azərbaycan İdeyası

Sənan "qızıl"ı belə qazandı (VİDEO)

Tarix:12-02-2020, 16:17
Baxış Sayı:152

İtaliyada keçirilən güləş üzrə Avropa çempionatında qızıl medala sahib çıxan yunan-Roma güləşçimiz Sənan Süleymanov finalda layiqli müqavimətlə üzləşib.
Qaynarinfo xəbər verir ki, o, öncə Bolqarıstanı təmsil edən erməni güləşçi Aik Mnatsakanyana qalib gəlib. Daha sonra İtaliya idmançısı Matteo Maffezzoliyə şans tanımayan güləşçimiz 1/4 finala vəsiqə qazanıb.
Bu mərhələdə Yunanıstan idmançısı Georgios Prevolarakislə görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən Sənan son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib.
Yarımfinalda təcrübəli Ermənistan güləşçisi Karapet Çalyanla prinsipial görüşdən də üzüağ çıxan Süleymanov debüt etdiyi qitə birinciliyinin finalına vəsiqə qazanıb. Dünən macarıstanlı Zotlan Levayla həlledici görüşə çıxan gənc pəhləvanımız ikinci hissədə qazandığı xallarla ilk dəfə qatıldığı Avropa çempionatının qalibi olub.

OXŞAR XƏBƏRLƏR
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ