Azərbaycan İdeyası

Avropanı şoka salacaq transfer

Tarix:4-07-2016, 22:18
Baxış Sayı:484

Avropanı şoka salacaq transfer
Bu transfer üçün kassasını tamamilə açan "Mançester Yunayted" "Yuventus"a 120 milyon avro təklif etməyə hazırlaşır.

Yeni baş məşqçisi Joze Mourinyo ilə 2016/17 mövsümünə damğa vurmaq istəyən "Mançester Yunayted" heyətinə dünya ulduzlarını qatmağa davam edir.

ANS PRESS-in məlumatına görə, "Borussiya"dan (Dortmund) Henrix Mkıtaryanı, "Vilyarreal"dan Erik Banllini və PSJ-dən Zlatan İbrahimoviçi heyətinə qatan Mançester təmsilçinin növbəti transferi sözün əsl mənasında bomba effekti yaradacaq.

İddialara görə, Mourinyonun komandasının əsas hədəfəi Paul Poqbadı. "Daily Mail"in xəbərinə görə, bu transfer üçün kassasını tamamilə açan "Mançester Yunayted" "Yuventus"a 120 milyon avro (təxminən 206 milyon manat) təklif etməyə hazırlaşır.

Mourinyonun 60 milyonluq transferi

2009-2012-ci illərdə komandanın formasını geyinən və 2011/12 mövsümündə əsas heyətə cəlb olunan fransız yarımmüdafiəçi 2012-ci ildə transfer haqqı ödənmədən "Yuventus"akeçib. 23 yaşlı ulduz başa çatan mövsümdə oynadığı 49 oyunda 10 qol vurub.

Hazırda italyan klubunun şərəfini qoruyan Poqba "Mançester Yunayted"in yetirməsidir. Ötən il dekabrın 16-da "Çelsi"dən ayrılan Mourinyo ilk dəfə 2004-2007-ci illərdə "Çelsi"yə başçılıq edib. Həmin vaхt komanda onun rəhbərliyi altında Premyer Liqanın (2 dəfə), Federasiya Kubokunun (1), Liqa Kubokunun (2) və İngiltərə Super Kubokunun qalibi olub. 2013-cü ildə yenidən komandanın başına keçən portuqaliyalı mütəхəssis ötən mövsüm komandanı Premyer Liqanın və Liqa Kubokunun qalibi etmişdi. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO