Azərbaycan İdeyası

Sevgilisini öldürən idmançı azadlıqda

Tarix:20-10-2015, 12:47
Baxış Sayı:386

Məşhur cənubi afrikalı atlet Oskar Pistorius azadlığa buraxılıb.
"Korrupsiya və Qanun" qəzetinə istinadən AzVision.az xəbər verir ki, idmançı cəzasını ev dustağı kimi keçirəcək.Cənubi Afrika qanunlarına görə, məhkumlar aldıqları həbs cəzasının altıda bir hissəsini həbsxanada keçirdikdən sonra bəzi şərtlərlərlə sərbəst buraxıla bilir.
Qeyd edək ki, Cənubi Afrika Respublikası məhkəməsinin bu qərarı bu gündən - yəni oktyabrın 20-də qüvvəyə minib. Paralimpiya oyunlarının 6 qat qalibi, yüngül atlet Oskar Pistorius rəfiqəsi Riva Stinkampı bilməyərəkdən öldürməkdə təqsirli bilinərək, 5 il müddətinə həbs cəzası alıb. Oskar Pistoriusun ev dustaqlığına Riva Stinkampın ailəsi razılığ bildirsə də, sevgilisinin qətlini əvvəlcədən planlaşdırdığını iddia edən prokurorluq onun qəsdən adam öldürmə maddəsi ilə ittiham olunmasını tələb edir. Noyabr ayının əvvəllərində Cənubi Afrika Respublikasının Ali Appelyasiya Məhkəməsində prokurorluğun protestinə baxılacaq. Əgər məhkəmə Pistoriusun sevgilisini qəsdən öldürdüyü qərarını qəbul etsə, o zaman Pistorius ən azı 15 il azadlıqdan məhrum ediləcək.
Model Riva Stinkamp 2013-cü ilin fevralında öldürülmüşdü. Oskar Pistorius öz rəfiqəsini evə girən oğru zənn edərək bilməyərəkdən öldürdüyünü iddia edir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO