Qeydiyyat    Giriş
Daxilolma
» » Boksçularımız Minskdə 5 medal qazandılar

Boksçularımız Minskdə 5 medal qazandılar

Bölmə: İdman


Sovet İttifaqı qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunan beynəlxalq boks turnirinə yekun vurulub.
Belarusun paytaxtı Minskdə keçirilən yarışda 15 ölkədən 100-dən artıq kişi və qadın boksçu qüvvəsini sınayıb.
Azərbaycan Boks Federasiyasından "Ölkə.Az"a verilən məlumata görə, turnirdə mübarizə aparan Azərbaycan yığması vətənə 5 medalla dönüb. Komandamızın heyətində Pərviz Bağırov (69 kq) finala kimi irəliləyib və gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Rüstəm Umudov (56 kq) yarışı 3-cü pillədə başa vurub.
Digər 3 medalı isə qadın boksçularımız qazanıblar. Həmyerlilərimizdən Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) bürünc medala yiyələniblər.
Qeyd edək ki, Fuad Aslanov turnirdə ölkəmizi hakim kimi təmsil edib.
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istidadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
Şəhrlər: (11)
Şərhlər yaz
Adınız:
E-mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seçimi | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kod:
          Güvenlik Kodu (CAPCHA)
Kodu Güncelle

Kodu daxil edin:

,,/divbr / cache