Azərbaycan İdeyası

Azərbaycanlı nazirlər stolüstü tennis oynadılar - FOTO

Tarix:4-03-2019, 16:40
Baxış Sayı:260

Bu gün Bakı İdman Sarayında gənclər və idman naziri Azad Rəhimov və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 14-22-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimizlə görüşüb.
Korrupsiya-q.az xəbər verir ki, nazir Azad Rəhimov Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında dünyanın 170-dən artıq ölkəsini təmsil edən yeddi mindən artıq xüsusi olimpiya idmançısının iştirak edəcəyini deyib.
Nazir yarışlarda Azərbaycanı 56 idmançının on idman növündə təmsil edəcəyini bildirib. Daha sonra hər iki nazir stolüstü tennis oynayıblar.
Məlumat üçün bildirək ki, ilk dəfə Xüsusi Yay Olimpiya Oyunları 1968-ci ildə Çikaqoda (ABŞ) keçirilib. Xüsusi Olimpiya Təşkilatı tərəfindən təşkil olunan bu oyunlar əqli əlillikləri olan insanların öz atletik bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması üçün təşkil olunan qlobal inklüzivlik hərəkatıdır.
Ölkəmizdəki xüsusi olimpiya atletlərinin də həmin oyunlarda iştirakı təşkil edilir. Ötən dövrdə idmançılarımız ABŞ-ın Los Anceles şəhərində Xüsusi Olimpiya Oyunlarında atletika, badminton, cüdo, stolüstü tennis, pauerliftinq və üzgüçülük növlərində uğurlu nəticələr göstərərək ölkəmizə 24, o cümlədən səkkiz qızıl, 11 gümüş və beş bürünc medalla qayıdıb.

 Azərbaycanlı nazirlər stolüstü tennis oynadılar - FOTO

 Azərbaycanlı nazirlər stolüstü tennis oynadılar - FOTO

 Azərbaycanlı nazirlər stolüstü tennis oynadılar - FOTO

 Azərbaycanlı nazirlər stolüstü tennis oynadılar - FOTO

 Azərbaycanlı nazirlər stolüstü tennis oynadılar - FOTO

 Azərbaycanlı nazirlər stolüstü tennis oynadılar - FOTO

 Azərbaycanlı nazirlər stolüstü tennis oynadılar - FOTO

 Azərbaycanlı nazirlər stolüstü tennis oynadılar - FOTO
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı

Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO

Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO

2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto